Paşinyanın Avropa Parlamentindəki qeybət xarakterli çıxışı ölkənin
"siyasi imici"nə
zərbədir
Hayastanla Azərbaycan
arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son
qoyulsa da, ölkəmiz ərazi bütövlüyünü bərpa
etsə də, hələ də tərəflər arasında
sülh müqaviləsinin
imzalanmaması regionda
sabitliyin təmin olunmasına imkan vermir.
Bunun da yeganə səbəbi cəmi 44 günə Azərbaycan qarşısında
diz çöküb savaşın dayandırılmasını
xahiş edən Hayastanın cəfəng iddiaları, bəhanələri
və hərbi təxribatları idi.
Son günlərdə
erməni siyasi ekspertlərin verdiyi açıqlamar göstərir
ki, Hayastanın rifahı, ümumiyyətlə,
hayların xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir.
Buna görə də, düşdükləri
ağır durumdan xilas olmağın yollarını axtarmalıdırlar.
Çünki, artıq
xaricdəki diaspor da onların imdadına çata bilmir.
Politoloq Stepan Movsisyan deyib ki, daha əvvəlki zaman keçib, köhnə dünyanın nizamı çoxdan dağılıb.
İndi regionda mühüm hadisələr
baş verir. Azərbaycanın iradəsi
regionda mühüm rol oynayır. Yeni dünya düzəninin formalaşması
zamanı bütün
münaqişələr həll
edilməlidir.
Bunların fonunda
Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı Hayastanda
geniş müzakirələrə
səbəb olub. Erməni politoloq Benyamin Matevosyan özünün "Telegram"
kanalında Nikol Paşinyanın Strasburqdakı
çıxışını şərh edib. O bildirib ki, Paşinyanın
Avropa Parlamentinin tribunasındakı qeybət
xarakterli çıxışı
Hayastanın "siyasi
imicinə" zərbədir.
Paşinyan yüksək
tribunadan Rusiyanı ittiham edərək deyir ki, ruslar
Hayastana kömək etməyib. Bunu onunla əlaqələndirdi
ki, Rusiyanın məqsədi Hayastanı Azərbaycan Ordusu ilə baş-başa qoymaqla ölkədə hakimiyyət dəyişikliyinə
nail olmaqdır. Üstəlik, hakimiyyət
hesab edir ki, sentyabrın 19-dan 23-dək
İrəvandakı etiraz
aksiyaları da Rusiya tərəfindən təşkil edilmişdi. Bununla ruslar ölkədə hakimiyyəti
dəyişmək, "erməni
demokratiyasını məhv
etmək" planlarını
həyata keçirmək
istəyiblər.
Erməni politoloq
daha sonra yazır ki, Paşinyanın çıxışı
həm də özünün xarici siyasətinin uğursuzluğunun
təsdiqi idi. Bununla baş nazir Aİ-yə, xüsusən də Avropa Parlamentinə "erməni demokratiyasını
dəstəkləmək" üçün minnət
edirdi: "Paşinyan
bir daha anklavları Azərbaycana təhvil verməyə hazır olduğunu bəyan edib. O, həmçinin bir sıra siyasi qüvvələrin, ekspertlərin
uzun müddətdir dediklərini şəxsən
təsdiqləyib. Bildirib
ki, Azərbaycan Hayastanın ərazi bütövlüyünü tanıyır,
delimitasiya və demarkasiyanın həyata keçirilməsini istəyir".
Benyamin Matevosyan
vurğulayıb ki, Paşinyanın təkidlə
istədiyi sülh müqaviləsinin imzalanması
Azərbaycanın diqtəsi
ilə həyata keçiriləcək və
Azərbaycanın təklif
etdiyi xəritələr
əsas götürüləcək.
Sosial-iqtisadi çətinliklər
məngənəsində boğulan
Hayastan müharibədən
üç il ötməsinə baxmayaraq,
vəziyyətini düzəldə
bilmir, əksinə, çökməkdə davam
edir. Dərin ruh düşkünlüyünə
qərq olan əhali isə çıxış yolunu
mühacirətdə görür.
Bütövlükdə bütün bunlar Hayastanın böyük tənəzzül yaşadığını
göstərir. Görünən
budur ki, sülh müqaviləsinin
imzalanmasının uzadılması
fonunda İrəvan üzləşdiyi problemlərdən
hələ uzun müddət xilas ola bilməyəcək.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.10.