İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə beynəlxalq konfrans işə başlayıb

 

ADA Universitetindəİnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE Beynəlxalq Konfransı”nın (AICT 2023) açılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq problemlər ətrafında birləşən alim mütəxəssisləri bir araya gətirməkdir. Oktyabrın 20-dək davam edəcək konfransa dünyanın 26 ölkəsindən elm adamları qoşulub.

ADA Universiteti, Corc Vaşinqton Universiteti (ABŞ), Turin Politexnik Universiteti (İtaliya) Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda müxtəlif ölkələrdən çıxış üçün təqdim edilən 140-dan çox məqalədən 60-a yaxın məqalə qəbul edilib.

Konfrans iştirakçılarını salamlayan ADA Universitetinin rektoru səfir Hafiz Paşayev dünyanın hər yerindən innovativ düşüncəli elm adamlarının əməkdaşlıq bilik mübadiləsi üçün ADA Universitetində bir araya gəlməyindən məmnunluğunu ifadə edib.

AICT 2023 Proqramının rəhbəri, Turin Politexnik Universitetinin tədqiqatlar üzrə prorektoru Matteo Sonza Reorda mühüm dəyişikliklərin dinamik olduğu bu dövrdə tərəqqinin daha da dərinləşdirilməsində konfransın rolundan bəhs edib.

Daha sonra Corc Vaşinqton Universitetinin Mühəndislik tətbiqi elmlər fakültəsinin dekanı Con Lakın videomüraciəti izlənilib.

AMEA-nın vitse-prezidenti, Elm Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev qeyd edib ki, konfrans informasiya texnologiyaları informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin işıqlandırılmasında həll yollarının təklif edilməsində mühüm rol oynayacaq.

BP-nin Xəzər regionunda kommunikasiya xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AICT 2023 konfransında əməkdaşlıq innovasiyanın texnoloji həllərin davamlı inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Rəqəmsal inkişaf nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov qeyd edib ki, Azərbaycanın İKT sahəsinə verdiyi önəm bu konfransa ev sahibi etməyimizlə özünü büruzə verir. İKT sahəsində inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun akademiya qurulmasında göstərdiyimiz səylər isə bu istiqamətə verdiyimiz önəmin başqa bir nümunəsidir.

ADA Universitetinin İnformasiya texnologiyaları mühəndislik fakültəsinin dekanı, IEEE Azerbaijan İdarə Heyətinin rəhbəri Abzətdin Adamov elmi-texniki yenilikləri belə tədbirlərdə müzakirə etməyin, bu sahədə təcrübələri paylaşmağın vacibliyindən bəhs edib.

Konfransın ilk günü informasiya kommunikasiya texnologiyaları sahəsində ən son tendensiyalar innovasiyalar haqqında məlumatların təqdim edildiyi sessiya ilə davam edib.

Daha sonra “IEEE Qadınlar Mühəndislikdəpanel müzakirəsində texnologiya sahəsində uğur əldə etmiş qadınlar sənayenin çətinlikləri, imkanları gələcəyi ilə bağlı müzakirələr apararaq sürətlə dəyişən texnoloji mühitə uyğunlaşmağın yollarından söhbət açıblar.

Qeyd edək ki, beynəlxalq konfransın müxtəlif bölmələrində “Data elmi təkmil analitika”, “Maşın öyrənilməsi süni intellekt texnikaları”, “Proqram mühəndisliyi”, “Kibertəhlükəsizlik ən yaxşı təcrübələr s. mövzularda məruzələr dinləniləcək.

 

 

Azərbaycan.-2023.- 19 oktyabr, ¹ 228.- S.11.