Şeyxülislam
Allahşükür Paşazadə
Misir müftisi ilə görüşüb
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri
şeyxülislam Allahşükür
Paşazadə Misir Ərəb Respublikasının
paytaxtı Qahirədə
oktyabrın 17-də Misirin
müftisi, Dünya Fətva Heyətləri Baş Katibliyinin rəhbəri Şövqi
Əllamla görüşüb.
QMİ-nin mətbuat
xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin
sədri şeyxülislam
Allahşükür Paşazadənin
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşməkdən
məmnunluğunu bildirən
Şövqi Əllam rəhbərlik etdiyi qurumun VIII Forumu, toplantıda müzakirə
ediləcək məsələlər
barədə geniş
məlumat verib.
Misir müftisi
qeyd edib ki, Forumda Dünya
Fətva Heyətləri
Baş Katibliyinin fəaliyyətinə verdiyi
töhfələrə görə
şeyxülislam Allahşükür
Paşazadə “İmam
Qarafi” ordeni ilə təltif olunacaq.
Şeyxülislam A.Paşazadə
öz növbəsində
bildirib ki, Misirə növbəti dəfə səfər etmək və qardaşı Şövqi
Əllamla yenidən görüşmək imkanına
görə Allah-taalaya
dualar edir. QMİ sədri sülhə və əmin-amanlığa
böyük ehtiyac duyulduğu dövrdə Qahirədə belə bir Forumun keçirilməsini
mühüm hadisə
adlandırıb və
tədbirin işinə
uğurlar arzulayıb.
Söhbət zamanı
qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə
edilib.
Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.
Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.11.