3-cü Azərbaycan
Beynəlxalq “Qarabağın
Bərpa, Yenidənqurma
və İnkişafı”
‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına
Hörmətli Sərgi
iştirakçıları!
Hörmətli xanımlar
və cənablar!
Sizi 3-cü Azərbaycan
Beynəlxalq “Qarabağın
Bərpa, Yenidənqurma
və İnkişafı”
‒ “Rebuild Karabakh” Sərgisinin açılışı
münasibətilə səmimi-qəlbdən
salamlayıram.
Ötən illərin
təcrübəsi göstərir
ki, belə sərgilərin təşkili
işğaldan azad edilmiş ərazilərdə
sosial-iqtisadi həyatın
bərpası, regional
sülh və davamlı inkişaf məqsədinin reallaşması
baxımından faydalı
olmuşdur. Şübhəsiz
ki, bugünkü Sərgi də gələcək biznes layihələrinin gerçəkləşdirilməsi
üçün mühüm
fürsətlər yaradacaqdır.
Bu Sərgi xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf
edir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
dövlətimizin ərazi
bütövlüyünün təmin edilməsində və müstəqil inkişafında onun misilsiz xidmətləri vardır.
Ümummilli Lider
Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu Öndər həmin ərazilərin iqtisadi-mədəni inkişafı
və həyat səviyyəsinin davamlı
yaxşılaşması naminə
xüsusi səy göstərmişdir.
Ulu Öndərin
böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda
həyat yenidən canlanır. Şəhərlər,
kəndlər, qəsəbələr
abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi
yaşamaq üçün
doğma yurdlarına qayıdırlar. Həmin ərazilərdə uğurla
icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və
inkişaf nümunəsinə
çevrilir.
Sərgi iştirakçılarını
– qabaqcıl iş adamlarını işğaldan
azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün
dövlətimiz tərəfindən
yaradılmış imkanlardan
faydalanmağa, habelə
biznes ideyalarını
vahid məqsəd ətrafında birləşdirməyə
dəvət edirəm.
Əminəm ki,
“Rebuild Karabakh” Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı
təşəbbüslərin uğurla gerçəkləşməsi
və yeni işgüzar əlaqələr
qurulması baxımından
əlverişli platforma
olacaqdır.
Bir daha bütün Sərgi iştirakçılarına və
ziyarətçilərə işlərində müvəffəqiyyətlər
arzulayıram!
Qarabağ Azərbaycandır!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
20 oktyabr, ¹ 229.- S.1.