Azərbaycan
Qadınlarının VI Qurultayı
keçirilib
Oktyabrın 19-da Bakıda
Azərbaycan Qadınlarının
VI Qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən
əvvəl Qurultay iştirakçıları Fəxri
xiyabanı ziyarət edərək, xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub və gül
dəstələri düzüblər.
Həmçinin Ulu
Öndərin ömür-gün
yoldaşı, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Qurultay ölkəmizdə
qadın hərəkatının
əsasını qoymuş
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil
Azərbaycanın ilk Qadın Qurultayının
25 ili münasibətilə
təşkil edilib. Tədbirdə paytaxt və bölgələrdən
600-ə yaxın qadın
iştirak edib.
Azərbaycan Respublikasının
Dövlət Himninin səsləndirilməsi ilə
başlayan tədbirdə
ölkəmizin ərazi
bütövlüyü və
suverenliyi uğrunda mübarizədə canlarından
keçmiş şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının Humanitar
siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva
Prezident İlham Əliyevin Qurultay iştirakçılarına təbrik
məktubunu oxuyub.
Daha sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.
Qurultayı açan
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib.
Qurultayın 200 illik
münaqişənin sona
çatdırıldığı bir dövrdə keçirilməsinin xüsusi
qürur hissi yaşatdığını diqqətə
çatdıran komitə
sədri vurğulayıb:
“Azərbaycan anası
necə böyük ürəyə malik və Vətən üçün fədakar
olduğunu Vətən
müharibəsi dövründə
bütün dünyaya
nümayiş etdirdi”.
B.Muradova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə böyük önəm verdiyini və diqqət yetirdiyini diqqətə çatdırıb.
Bildirib ki, ölkəmizdə mütəşəkkil
qadın hərəkatının
əsasını qoyan
Ümummilli Liderin diqqət və qayğısı sahəsində
Azərbaycanda savadlı,
ictimai həyatda fəal iştirak edən qadınlar yetişib.
“Ulu Öndər
tərəfindən əsası
qoyulan qadın siyasəti bu gün uğurla davam etdirilir. Hazırda ölkəmizdə
qadınların hüquqları
yüksək səviyyədə
qorunur və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində müvafiq
tədbirlər görülür”,
- deyə Bahar Muradova qeyd edib.
Dövlət komitəsinin
sədri bildirib ki, Prezident İlham
Əliyev də qadınların dövlət
idarəçiliyində və
cəmiyyətdə rolunu
yüksək qiymətləndirir,
onların rolunun artırılması istiqamətində
müvafiq dövlət
proqramları qəbul
olunur.
Sonra çıxış
edən Azərbaycan Respublikasının Baş
nazirinin müavini Əli Əhmədov Azərbaycan Qadınlarının
VI Qurultayının iki
başlıca xüsusiyyəti
ilə diqqət çəkdiyini bildirib. Diqqətə çatdırılıb
ki, Qurultayın Ulu Öndər Heydər Əliyevə həsr olunması və Azərbaycanın ərazi bütövlüyünün
tam bərpa edildiyi vaxtda keçirilməsi mühüm
tarixi hadisədir.
Baş nazirin müavini vurğulayıb
ki, tarixi qələbələrimizin qazanılmasını
şərtləndirən amillərdən
biri də sağlam ailə və bu ailələrdə
yetişən vətənpərvər
gənclər olub. Biz bu gənclərimizlə
fəxr edirik.
“Qadınlarımız həyatın bütün
sahələrində iştirak
edirlər. Onların rolunun və iştirakçılığının artırılması dövlətimizin
prioritet istiqamətlərindəndir.
Hazırda qadınlarımız
çox inkişaf ediblər və Azərbaycan cəmiyyətində
onların iştirakçılığının
artırılması istiqamətində
məqsədyönlü siyasət
aparılır. Dövlətimiz
qadınların iştirakçılığını
təmin etməklə
bərabər, onların
potensialından düzgün
istifadəni də diqqətdə saxlayır”,
- deyə Əli Əhmədov qeyd edib.
Türkiyənin ailə
və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Milli Məclis sədrinin müavini Adil Əliyev, BMT-nin ölkəmizdəki rezident
əlaqələndiricisi Vladanka
Andreyeva, insan hüquqları üzrə
müvəkkil Səbinə
Əliyeva, Tacikistanın
əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza Anvar, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışlarında qadınların
hüquqlarının təmin
olunması, onların
ictimai hyəatda iştirakçılığının artırılması ilə
bağlı fikirlərini
bölüşüblər.
Çıxışlardan sonra BMT-nin Qadınlara
qarşı ayrı-seçkiliyin
ləğv edilməsi
üzrə Komitəsinin
sədri Ana Pelaez Nervaezin qurultay iştirakçılarına
videotəbriki nümayiş
olunub.
Azərbaycan Qadınlarının
VI Qurultayı işini
“Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”,
“Gender məsələləri
hüquqi müstəvidə:
Mövcud vəziyyət,
qarşıda duran məsələlər”, “Sosial-iqtisadi
islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın
təmsilçiliyi”, “Qadın
hüquqlarının həyata
keçirilməsində çağırışlar
və qlobal tendensiyalar” mövzularında
panel müzakirələrlə
davam etdirib.
Tədbirdə iştirak
edən Türkiyə,
Özbəkistan və
Tacikistanın dövlət
rəsmiləri, Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət təşkilatlarının
nümayəndələri, görkəmli ictimai-siyasi
xadimlər mövzular
ətrafında fikirlərini
bölüşüb, təkliflərini
səsləndiriblər.
Qurultayın yekununda
müzakirə və təkliflər əsasında
qətnamə qəbul
olunub.
Sonda Azərbaycan
Qadınlarının VI Qurultayının
iştirakçıları Prezident İlham Əliyevə müraciət
ünvanlayıblar.
Müraciəti Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib.
Azərbaycan.-2023.- 20 oktyabr, ¹ 229.- S.3.