Mənasız
və əhəmiyyətsiz
kağız parçaları
Avropa Parlamenti və İspaniya Senatının
erməni təəssübkeşliyi
boşboğazlıqdan başqa
bir şey deyil
"Ötən 30 ildə
işğal və təcavüzə dəstək
verən, separatizmi təşviq edən platformalar bəşəri
dəyərlər naminə
"birlikdən" danışa
bilərmi? Avropa Parlamenti məhz selektiv yanaşması ilə ədalətli mövqedən uzaqlaşdığını
və ayrı-ayrı
qüvvələrin əlində
alətə çevrildiyini
göstərir. Azərbaycan
ötən illər ərzində bu qurumlardan faktiki işğal və təcavüz faktı ilə bağlı qətiyyətli mövqe görməyib. Ümumiyyətlə,
əleyhimizə çıxış
edən qurumlar, eləcə də Avropa Şurası və İspaniya Senatı yaxşı olardı ki, boşboğazlıqdan əl
çəkib özlərinin
davranışlarına əl
gəzdirsinlər".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat vurğulayıb ki, müasir Avropa təsisatları yaradılarkən bəşəri
dəyərlər rəhbər
tutulub və 1948-ci ildə qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin
məqsədi, habelə
sənəddə bəyan
edilən hüquqların
hamılıqla və
səmərəli tanınması
və həyata keçirilməsi ali niyyət kimi müəyyən olunub. Hətta Avropa Şurasının Nizamnaməsinin
preambulasında ifadə
olunur ki, bu sənəd ədalətlə və beynəlxalq əməkdaşlığa
əsaslanmış sülhün
möhkəmləndirilməsinin sivilizasiyanın qorunması
üçün həyati
əhəmiyyət daşıdığına
inanılaraq qəbul edilib. O cümlədən
də Avropa İttifaqı üçün
beynəlxalq hüququn
əməkdaşlıq prinsipləri
fəaliyyət üçün
təməl olaraq müəyyən edilib. Azərbaycan məhz bu bəşəri dəyərləri bölüşdüyünə
və özünün
Konstitusiyasının preambulasında
təsbit olunmuş ali niyyətlər və 12-ci maddədə ifadə edilən dövlətin ali məqsədləri ilə üst-üstə düşdüyünə
görə bu təsisatlarla əməkdaşlıq
edir.
Müsahibimin sözlərinə
görə, ötən
dövr ərzində
uğurlu əməkdaşlıq
modeli qurulsa da, demək olar ki, bu
təsisatların heç
biri öz imkan və səlahiyyətlərinə
münasibətdə Azərbaycanın
gözləntilərini doğrultmayıb.
Prezident İlham Əliyevin 24 iyun
2014-cü ildə Avropa
Şurası Parlament Assambleyasının sessiyasındakı
tarixi nitqində də bəyan etdiyi kimi, "demokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki
vəziyyətə bəzən
selektiv yanaşma"
bu illər ərzində bizi çox narahat edib.
"Digər tərəfdən,
30 ilə yaxın bir dövrdə Avropa təsisatlarının
Fransa, Lüksemburq, İsveçrə kimi bir sıra aparıcı
subyektləri Ermənistanın
işğal, təcavüz
siyasətinə, ərazimizdə
erməni separatizminə
birbaşa və dolayı yollarla dəstək veriblər. Baxmayaraq ki, Avropa Şurasının və Avropa İttifaqının Nizamnamələrində
Avropa ölkələrinin
daha sıx birliyinə ehtiyac duyulduğu, Avropa Konvensiyasında isə əsas məqsədin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət
olduğu bəyan edilir. Bu illər
ərzində işğal
və təcavüzə
dəstək verən,
separatizmi təşviq
edən platformalar bəşəri dəyərlər
naminə "birlikdən"
danışa bilərmi?"
- deyə deputat bildirib.
Bəhruz Məhərrəmov
qeyd edib ki, Prezident İlham
Əliyevin 2014-cü ildə
Strasburqda bəyan etdiyi kimi, "Ermənistan Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə
qəbul etdiyi qeyd edilən məzmunlu qətnaməsinə
ümumiyyətlə məhəl
qoymurdu". Amma nə Avropa Şurası, nə qurumun Parlament Assambleyası, nə Avropa Parlamenti bu
məsələ ilə
bağlı nəinki
ədalətli mövqe
tutmadı, əksinə,
Ermənistanın işğalçılıq
mövzusunda, ümumiyyətlə,
danışmamağa üstünlük
verdi. Təbii ki, bu tip
davamlı riyakar və selektiv yanaşması ilə Avropa təsisatları, xüsusən Avropa İttifaqında əslində
son bəyan olunanlar sadəcə sənədləşmiş, lüzumsuz
söz yığınıdır.
"Ötən gün
biz yenə də riyakar strukturun Azərbaycana çağırış edən,
ermənilərin Qarabağa
qayıdış hüququndan
bəhs edən saxtakar bəyanatlarına şahidlik etdik. 700 mindən artıq məcburi köçkünün,
300 mindən artıq qərbi azərbaycanlının
qayıdış hüquqlarından
bir dəfə də olsun bəhs
etməyən, 1 milyondan
artıq insanın hüquqlarını görməzdən
gələn Avropa İttifaqını bu gün hansı maraqlar danışdırır,
bizə tam aydındır. Biz çox yaxşı xatırlayırıq ki, cəmi üç il öncə Gəncə, Bərdə,
Tərtərdə dinc
insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən,
yüzlərlə mülki
şəxs, qadınlar,
qocalar, uşaqlar məhz azərbaycanlı olduqları üçün
müharibə cinayətlərinə
qurban gedərkən bu riyakarlar necə
və niyə susurdu", - deyə o söyləyib.
Fransanın göstərişləri
ilə hərəkət
edən, ədalətsiz
və qərəzli bir təşkilatın hər hansı qərar və tövsiyəsinin bizim üçün mötəbər
olmadığını deyən
deputat əlavə edib ki, real
situasiyanı təhrif
edən bu çirkli kağız parçaları ilə, habelə bu tip davranışlarla avrostrukturlar sadəcə özlərini
ifşa edirlər.
Deputat Azərbaycanın
istər Vətən müharibəsində, istərsə
də antiterror tədbirləri zamanı
BMT Nizamnaməsinin 51-ci maddəsində
ifadə olunmuş özünümüdafiə hüququnu
həyata keçirdiyini,
işğalçı, təcavüzkar
ilə mübarizə
apardığını və beynəlxalq
hüququn aliliyini təmin etdiyini xüsusi vurğulayıb.
Bildirib ki, belə olan halda Avropa İttifaqı
hansı əsaslarla Azərbaycanın özünümüdafiə
hüququna müdaxilə
edən təxribatçı
çağırışlar edir və bizim
BMT Nizamnaməsi ilə
təsbit olunmuş haqlarımızı hansı
əsasla mübahisələndirə
bilər?!
Bəhruz Məhərrəmov
həmçinin deyib ki, biz bütün
hərbi əməliyyatlarda
beynəlxalq humanitar hüququn tələblərini
rəhbər tutaraq hərəkət etmişik,
bizim hədəfimizdə
ermənilər yox, işğal, separatizm və terror olub: "Ermənilər məhz Ermənistanın və havadarlarının,
o cümlədən Fransanın
təhriki ilə Qarabağdan köçüblər.
Bu prosesdə, demək olar ki, onların hər birinin Azərbaycan tərəfindən
heç bir təzyiq və təhdidə məruz qalmaması barədə audiovizual ifadələri sənədləşdirilib. Xocalıdan,
Kəlbəcərdən, Laçından,
Şuşadan qovulan insanlar, qışda Arazın buzlu suyuna tökülən zəngilanlılar Ermənistandan
eyni münasibəti görmüşdülərmi?"
Bəhruz Məhərrəmov
həmçinin İspaniya
Senatının 17 oktyabr
tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanat barədə də fikirlərini bildirib. Qeyd edib ki,
Senatın qəbul etdiyi qərəzli bəyanat onların bölgədə mövcud
olan yeni reallıqlardan nə dərəcədə uzaq
olduqlarını sübut
edir. Bu, bir daha təsdiqləyir
ki, İspaniya Senatı məhz erməni lobbisinin təsiri altında həqiqəti əks etdirməyən qərarlar
qəbul edir.
Deputatın sözlərinə
görə, əleyhimizə
çıxış edən
qurumlar yaxşı olardı ki, boşboğazlıqdan əl
çəkib özlərinin
davranışlarını təsis sənədlərində
müəyyən edilmiş
ehkamlara uyğunlaşdırsınlar.
Hansısa beynəlxalq
təşkilatlar, o cümlədən
Avropa İttifaqı və İspaniya Senatı bu məsələyə burnunu
soxmaqda israrlıdırlarsa,
o zaman öncə 300 mindən artıq qərbi azərbaycanlının
Ermənistana ləyaqətli
qayıdış hüququndan,
habelə 700 mindən
artıq azərbaycanlının
Qarabağ və Şərqi Zəngəzura
qayıdışını ləngidən mina terroru, onların yerlə yeksan edilmiş evləri və vandalizmə məruz qalmış qəbiristanlıqlarından danışmağa
başlasınlar.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
20 oktyabr, № 229.- S.10.