Baş
nazir Əli Əsədov Türkiyənin
ailə və sosial xidmətlər naziri ilə görüşüb
Oktyabrın 19-da Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov Türkiyə
Respublikasının ailə
və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşla görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə iki
ölkə arasında
dostluq və qardaşlıq münasibətlərinin
bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu
inkişafından məmnunluq
ifadə olunub.
Ə.Əsədov Azərbaycanda
sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin rifah halının və sosial təminatının yaxşılaşdırılması,
əhaliyə göstərilən
xidmətlərin keyfiyyətinin
artırılması istiqamətində
görülən davamlı
tədbirlər barədə
məlumat verib.
Bununla yanaşı
əhalinin dövlət
orqanlarının xidmətlərinə
əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması
prioritet istiqamətlər
kimi dəyərləndirilib.
Türkiyəli nazirin
Bakıda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə
həsr olunmuş Azərbaycan Qadınlarının
6-cı Qurultayında iştirakının
əhəmiyyəti vurğulanıb.
Diqqətə çatdırılıb
ki, 25 il əvvəl Ulu Öndərin təşəbbüsü
və iştirakı ilə keçirilən Azərbaycan Qadınlarının
1-ci Qurultayı müasir
dövrdə ölkəmizdə
qadın hərəkatının
əsası qoymuşdur.
Vurğulanıb ki,
hələ 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə
qadınlara seçmək
və seçilmək
hüququ verən ilk dövlət olmuşdur. Azərbaycan dövlətinin bu gün qadın hüquqlarının təmin
olunmasına xüsusi
önəm verdiyi bildirilib. Ölkədə
gender bərabərliyinin,
qadınların sosial
və ictimai həyatın bütün
sahələrində bərabər
iştirakının təmin
edilməsinə yönəlmiş
siyasətin aparıldığı
qeyd olunub.
Eyni zamanda, Azərbaycanda uşaq hüquqlarının təmin
olunmasının da diqqət mərkəzində
olduğu diqqətə
çatdırılıb. Ölkəmizdə
uşaqların müdafiəsi
üçün kompleks
tədbirlər həyata
keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib.
Ötən dövrdə
ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası da daxil olmaqla
bir sıra beynəlxalq sənədlərə
qoşulub.
Həmçinin Azərbaycan
ilə Türkiyə arasında ailə, qadın və uşaq problemləri sahəsində qarşılıqlı
faydalı əməkdaşlığın
mövcud olduğu vurğulanıb. Bu baxımdan ötən ilin noyabr ayında
İstanbulda Azərbaycan
Respublikası Hökuməti
ilə Türkiyə Respublikası Hökuməti
arasında ailə, qadın və uşaq məsələləri
üzrə Fəaliyyət
Planının imzalanmasının
önəmi qeyd olundu, ötən dövr ərzində Fəaliyyət Planının
icrası çərçivəsində
görülən işlər
təqdir edilib.
Həmçinin dünən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış 2024-2025-ci illər
üzrə Fəaliyyət
Planının əhəmiyyətinə
toxunulub.
Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.2.