Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab
Prezident!
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət
Nazirlərinin Daimi Şurası
adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını
18 oktyabr - Müstəqilliyin
Bərpası Günü münasibətilə
ürəkdən təbrik
edirəm.
Ulu Öndər Heydər Əliyevin
Azərbaycanın müstəqilliyinin
qorunub saxlanılması
və möhkəmləndirilməsi
istiqamətində yorulmaz
səyləri bu gün onun layiqli
davamçısı olaraq
Zati-aliniz tərəfindən
uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində
Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük
tərəqqi və inkişafa nail olmuşdur.
Zati-alinizin rəhbərliyi
ilə dövlət müstəqilliyinin bərpasının
32-ci ildönümünün qeyd olunduğu bu il Azərbaycan Respublikasının ərazi
bütövlüyü və
suverenliyi tam bərpa edilmişdir. Bu gün Azərbaycanın üçrəngli
Dövlət Bayrağı
ölkənin bütün
şəhər və
rayonlarında qürurla
dalğalanır.
TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü
münasibətilə Bakıda
keçirilən təntənəli
mərasimə ünvanladığınız
təbrik məktubu bizi daha da ruhlandırmış
və ortaq türk mirasının qorunması, təbliği
ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə
Azərbaycanın gələcəkdə
də TÜRKSOY-a geniş
dəstək verəcəyinə
əminliyimizi artırmışdır.
Fürsətdən istifadə
edərək, Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, qardaş
Azərbaycan xalqına
sülh, tərəqqi
və əmin-amanlıq
arzulayıram.
Dərin hörmət
və ehtiramla,
Sultan Raev
TÜRKSOY-un
Baş katibi
Azərbaycan.-2023.- 20 oktyabr,
№ 229.- S.2.