Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli İlham
Heydər oğlu!
Sizi ölkənin
və onun hər bir vətəndaşının
həyatında mühüm
bayramlardan biri olan Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyinin Bərpası
Günü münasibətilə
təbrik edirəm.
Siz Azərbaycanın
inkişafı, onun iqtisadiyyatı, təhsili,
sosial həyatı üçün çox işlər görürsünüz.
Xüsusilə, ölkənizin
elmdə, o cümlədən
tibb sahəsində əldə etdiyi inkişafı vurğulamaq
istəyirəm.
Rusiya Səhiyyə
Nazirliyinin Seçenov
Universiteti ilə Azərbaycanı möhkəm
və çoxillik əməkdaşlıq münasibətləri
bağlayır.
İ.M.Seçenov adına
Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı respublikanın səhiyyə sektoru üçün gələcək
mütəxəssislər hazırlayır
və oradakı tədris səviyyəsi dünya standartlarına cavab verir.
Əminəm ki,
tibb, təhsil və elm kimi
mühüm sahələrdəki
əməkdaşlığımız xalqlarımızın mənafeyi
naminə bundan sonra daha fəal
şəkildə inkişaf
edəcək.
Səmimi-qəlbdən Sizə və bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzu edirəm.
Dərin hörmətlə,
Pyotr Qlıboçko
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
rektoru, Rusiya Elmlər Akademiyasının
akademiki, professor
Azərbaycan.-2023.- 20 oktyabr,
№ 229.- S.2.