Əhalinin sosial güvənliyinin artırılması, Qarabağ
və Şərqi Zəngəzurun dirçəldilməsinin
sürətləndirilməsi gələn ilin dövlət büdcəsi
xərclərinin əsas
istiqamətləri olacaq
İstənilən dövlətdə
büdcə prosesləri
büdcə qanunvericiliyi
ilə tənzimlənir. Dövlət büdcəsi vasitəsilə
ölkənin sosial sahələrinin maliyyələşdirilməsi
təmin edilir, iqtisadi rayonların və ayrı-ayrı sahələrin inkişafı
tənzimlənir. İqtisadi
münasibətlərin bu
cür tənzimlənməsi
vasitəsi ilə dövlət məhsuldar qüvvələrin inkişafını
təmin edir.
İndiki zamanda
büdcə sistemindəki islahatın
əsas elementlərindən
biri dövlət büdcəsi gəlirlərinin
formalaşması və
idarə edilməsinin
təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlər sisteminin işlənib hazırlanması və həyata keçirilməsidir
ki, bu da
hər ilin büdcə layihələri Milli Məclisdə müzakirə
olunarkən nəzərdə
tutulur.
Nazirlər Kabinetinin
Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin layihəsinə həsr olunmuş geniş iclasında Baş nazir Əli Əsədov bildirmişdir ki, cari ilin 8 ayında
qeyri-neft sektorunda 2,6, qeyri-neft sənayesində 6 faiz artım qeydə alınıb. Ölkənin
maliyyə vəziyyəti
xeyli yaxşılaşıb,
strateji valyuta ehtiyatları ilin əvvəlindən 14,5 faiz
artaraq 67 mlyard ABŞ dollarına çatıb. Baş nazir onu da
xatırladıb ki, cari ilin büdcə
gəlirləri 3,1 milyard
(10,1 faiz), büdcə
xərcləri isə
3,3 milyard manat (9,8 faiz ) artırılb. Ümumilikdə 2023-cü ilin ortalarında dövlət büdcəsində
aparılan dürüstləşmələrdən
sonra işğaldan azad edilmiş ərazilərin yenidən
qurulması ilə bağlı xərclər
1,8 milyard manat artırılaraq 4,8 milyard,
müdafiə xərcləri
isə 724 milyon manat artırılaraq 6 milyard manata çatdırılıb. Qeyd
olunub ki, 2024-cü ilin büdcə layihəsində həmin xərclərin məbləği
Milli Məclisdə yekun müzakirədən sonra tam dəqiqləşəcək.
Bəs, gələn
ilin büdcə gəlirləri necə təmin olunacaq? 2024-cü
ilin dövlət büdcəsinin gəlirlərində
də 3 fiskal mənbə - vergi, gömrük və neft transfertləri başlıca yığımları
təşkil edəcək.
2024-cü ilin büdcə
gəlirləri 34 milyard
173 milyon manat proqnozlaşdırılır ki,
bu da 2023-cü ilin dürüstləşdirilmiş
göstəricisi ilə
müqayisədə 282,5 milyon
manat və ya 1,2 faiz çoxdur.
Növbəti ilin büdcə layihəsi ənənəvi olaraq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış
makroiqtisadi inkişaf proqnozlarına əsaslandığı
üçün neftin
bir barelinin orta illik ixrac
qiyməti 60 dollar fərz edilməklə götürülüb. Bu
isə o deməkdir ki, neft gəlirlərində
artım nəzərə
alınmayacaq. Bu səbəbdən də neftin büdcədəki payı azalmış olacaq. Belə ki, gələn ilin dövlət büdcəsində gəlirlərin
17 milyard 164 milyon manatının neft, 17 milyard 009 milyon manatının qeyri-neft-qaz
sektorlarının payına
düşəcəyi nəzərdə
tutulur. O da nəzərdə tutulur ki, 2024-cü ildə neft sektoru üzrə
dövlət büdcəsinin
gəlirlərinin 76,3 faizini
və ya 12781,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 23,7 faizini və ya 3975,0 milyon manatını vergi orqanlarının xətti
ilə neft sektorundan daxilolmalar təşkil edəcək.
Növbəti ildə
qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin
58,1 faizini vergi, 34,7 faizini gömrük orqanlarının xətləri
ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların
ödənişli xidmətlərindən
büdcədənkənar fondlara
daxilolmalar, 2,3 faizini isə sair gəlirlər
təşkil edəcək.
Qarşıdakı növbəti
ildə büdcənin
gəlir siyasətinin
sosial xarakterli güzəştlər vasitəsi
ilə əhalinin vergi yükünün, eləcə də fiziki şəxslərin gəlirlərinə düşən
vergi yükünün
azaldılması üçün
bəzi kateqoriyalı
fiziki şəxslərə
verilən güzəştlərin
həcminin artırılması
və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi istiqamətində
həyata keçirilməsi
nəzərdə tutulur.
Milli Məclisin
deputatı Vüqar Bayramov 2024-cü ilin dövlət büdcəsində
əsas istiqamətlər
üzrə xərclərin
artacağını deyir:
"Onların arasında
ən mühümi xərclərdən biri sosial xərclərdir. Sosial xərclərin gələn il ərzində artırılması
nəzərdə tutulub.
Bu istiqamətdə
4,5 milyard manat vəsait ayrılacaq. Ümumiyyətlə, dövlət
büdcəsinin xərclərinin
40 faizindən çoxu
sosial yönümlü
xərclər olacaq. Eyni zamanda təhsilə
ayrılan xərclərdə
də artımlar nəzərdə tutulub".
V.Bayramov onu da vurğulayıb ki, neftin qiymətinin
büdcədə proqnozlaşdırılandan
daha çox olması büdcəyə
əlavə vəsaitin
daxil olmasına şərait yarada bilər: "Bununla belə, 2024-cü ilin dövlət büdcəsi
sosial xarakterlidir və növbəti il sosial istiqamətə
ayrılan vəsaitlərin
artırılması pensiya
və əməkhaqlarının
artırılması üçün
baza formalaşdıracaq".
Büdcə layihəsində azad edilmiş ərazilərdə
aparılan bərpa və yenidənqurma işlərinə ayrılacaq
vəsaitlərin tərkibində
Xankəndi, Əsgəran,
Ağdərə, Xocavənd,
Xocalı üzrə də əsaslı xərclərin yönəldilməsi
nəzərdə tutulur.
Azərbaycan Ordusunun sentyabrın 19-20-də həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra
bölgədə dayanıqlı
sülhün təmin
olunması və burada yaşayan Azərbaycan vətəndaşları
olan erməni sakinlərinin reinteqrasiyası
ilə əlaqədar
Qarabağ və Şərqi-Zəngəzurun digər
şəhər və
rayonları kimi Xankəndi, Əsgəran,
Xocalı, Ağdərə,
Xocavənddə də
bərpa-quruculuq işlərinin
aparılması, zəruri
infrastrukturların və
kommunikasiyaların yaradılması,
həyati vacib sosial təminatların həlli, iqtisadi, sosial və humanitar xarakterli proqramların həyata keçirilməsi nəzərdə
tutulur.
İşğaldan azad
olunmuş ərazilərdə
yaşayan əhalinin sosial müdafiəsi və təhülkəsizliyi,
müasir təhsil, səhiyyə və sosial xidmətlərlə
təmin olunması, zəruri infrastruktur, o cümlədən işıq,
qaz, su, istilik təminatları və digər lazımi tələbatlar üçün tədbirlər
planı hazırlanaraq
həyata keçiriləcək.
Həmin tədbirlərin
icrası isə, təbii ki, həm də büdcə vəsaitləri
hesabına təmin ediləcək. Bu o deməkdir ki, büdcə layihəsinin müzakirələri zamanı
işğaldan azad olunmuş ərazilərin
bərpası üzrə
nəzərdə tutulan
büdcə xərclərinin
daha da artacağı
şübhəsizdir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
20 oktyabr, ¹ 229.- S.3.