Türkiyə
Ali Məhkəməsinin
sədri: Xankəndidə
Azərbaycan bayrağının
dalğalandırılması türk xalqında böyük qürur və fərəh doğurdu
Türkiyə Ali
Məhkəməsinin sədri:
Xankəndidə Azərbaycan
bayrağının dalğalandırılması
türk xalqında böyük qürur və fərəh doğurdu
Bu gün Şuşada keçirilən
“Ədalət mühakiməsi
və informasiya texnologiyaları: müasir
çağırışlar” mövzusunda beynəlxalq konfrans türk dövlətləri arasında
hüquq istiqamətində
lazımi irəliləyişə
nail olmağımız
baxımından önəmli
tədbirdir.
Bunu AZƏRTAC-ın
bölgə müxbirinə
açıqlamasında Şuşa
şəhərində Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları:
müasir çağırışlar”
mövzusunda keçirilən
beynəlxalq konfrans zamanı Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca deyib.
“Bu gün burada olmaqdan çox xoşbəxtik və qürur duyuruq. Oktyabrın 15-də
Prezident İlham Əliyevin Xankəndidə
Azərbaycan bayrağını
dalğalandırması Türkiyədə,
türk xalqında böyük həyəcan,
qürur və fərəh doğurdu. Başda Qarabağın işğaldan azad edilməsində böyük
əməyi olan Prezident İlham Əliyev olmaqla, bütün azərbaycanlı
qardaşlarımızı, qazilərimizi təbrik edir, bu yolda
canlarını qurban vermiş şəhidləri
ehtiramla yad edirik”, - deyə Mehmet Akarca bildirib.
O qeyd edib ki, konfrans zamanı Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının qurulması təşəbbüsü irəli sürüldü, eyni zamanda, təcrübə mübadiləsi və görüləcək işlərlə bağlı hədəflər müəyyən olundu: “Bununla bağlı olaraq bizim hüquq qurumlarımız arasında çox inkişaf etmiş əlaqələrimiz var. Bu anlaşma ilə biz bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldıra bildik”.
Azərbaycan.-2023.- 20 oktyabr, ¹ 229.- S.3.