Meşəli sakini: Xaçaturyanın da əli olduğu
hadisələrdə atamı,
anamı və 9 qohumumu itirmişəm
1991-ci il dekabrın
23-də ermənilərin Xocalı
rayonunun Meşəli kəndinə etdiyi hücum nəticəsində
25 nəfər şəhid
oldu, 14 nəfər isə yaralandı. Kəndin 70 faizi yandırıldı. Hətta
şəhidlərin nəşləri
belə yandırılmışdı.
Meşəli hadisələrində
atam, anam və doqquz qohumumu itirmişəm.
Bunu AZƏRTAC-a müsahibəsində
Meşəli kənd sakini Mikayıl Nurməmmədov deyib.
"Hələ hadisələrdən əvvəl də ermənilərin bizə hücumları, aqressiv davranışları olurdu. Milliyyətçi, şovinist davranışlar sərgiləyirdilər. Yunis kişi qoyun otaran vaxt güllə yarası almışdı. Miryusub kişini yaraladılar, Xankəndi xəstəxanasına aparılsa da orada baxımsızlıqdan dünyasını dəyişdi. Hətta bir dəfə təcili tibbi yardım maşınının sürücüsü Ramil Kazımova da hücum edib yaralamışdılar. Bundan əlavə, Rəcəb müəllimin maşınını yandırmışdılar. Müxtəlif vaxtlarda onların azərbaycanlılara qarşı bu cür terrorçu əməllərinə şahid olurduq. Bütün bunlarda Vaqif Xaçaturyanın da əli var idi. Məhkəmə prosesində Vaqif Meşəlidə, digər ərazilərdə törətdiklərini boynuna almaq istəmir, xəbərim yoxdur, bilmirəm deyir. Lakin maraqlısı odur ki, özü hərbi hissəyə komandirlik etdiyini etiraf edir. Necə ola bilər ki, hərbi hissə komandiri olsun, amma hadisələrdə iştirak etməsin? Hadisələrdə cinayətkar, təşkilatçı kimi Vaqifdən başqa, Armaisin, Ernesin də adları hallanırdı. Xaçaturyan törətdiklərini inkar etsə də hadisə şahidlərinin dedikləri və faktlar əsasında ən layiqli cəzanı alacağına əminik", - deyə M.Nurməmmədov vurğulayıb.
Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.9.