Əsgəran
sakini: Vaqif Xaçaturyan qəddarlığı
ilə seçilən
7 nəfərdən biri
idi
Vaqif Xaçaturyan
Xocalı rayonunun Badara kəndində qəddarlığı ilə
seçilən 7 nəfərdən
biri olub.
Bunu AZƏRTAC-a məxsusi
müsahibəsində Xocalı
rayonunun Əsgəran
qəsəbəsinin sakini
Şamil Kazımov deyib.
O, müsahibəsinə belə davam edib: "Meşəli kəndində doğulsam da, sonradan Əsgərana
köçmüşük. O elə bir kənddir
ki, mövqeləri, giriş-çıxışı kənardan gələn bilmirdi.
Kənddə qoçaq,
qorxmaz, sayılıb-seçilən,
yaxşı atıcılıq
qabiliyyəti olan kişiləri tanıyırdılar.
Bilirdilər ki, həmin adamları öldürməsələr, onlar
kəndin sakinlərini
xilas edəcəklər.
Kəndə Novruz kişi başçılıq
edirdi. Çox qoçaq adam idi. Birinci onun
evini yandırdılar.
Oğlu polis idi, cəsurluğu ilə seçilirdi, onu da öldürdülər.
Xəlil əmim ovçu idi, atıcılığı yaxşı
idi, onu aradan götürdülər.
Sayılıb-seçilənlərdən
olan Hüseyn kişini və onun yoldaşını da öldürdülər.
Bunlar hamısı planlı şəkildə
törədildi. Qardaşım
Ramil Kazımov polis mayoru idi.
Hələ Meşəli
hadisələrindən iki
il əvvəl içində Vaqif də olmaqla yeddi erməni qardaşımı güllə
ilə yaralamışdı.
Onlardan Armais, oğlu Spartak, Ernes, Kolyanın adı yadımda qalıb. Meşəli hadisələri zamanı qardaşımın və
döyüşkənliyi ilə
seçilən qonşusu
Mikayılın evini pulemyotla nəzarətdə
saxlayırdılar. İkisinə
də imkan vermədilər ki, kənd camaatına kömək eləsinlər.
Beləliklə əsas
adamları aradan götürəndən sonra
kəndə təşviş
düşdü. Ondan
sonra kəndə od vurdular. Novruz
kişini ailəsi ilə birgə evində yandırdılar.
Meşə təsərrüfat
idarəsində işləyən
Əvəz kişinin
evini də kül etdilər. Heç kimə aman vermədilər. Körpələr belə
yandı o evlərdə.
Məktəbə od vurdular. Biz yanan
şəxslərin külünü
dəfn elədik.
Vaqif Xaçaturyan olanları boynuna almır, məhkəmə iclasında da elə adamların adını çəkir ki, onlar artıq həyatda deyillər. O, məni tanıdı, dediklərimə məhkəmədə irad tuta bilmədi. Vaqifin qardaşı briqadir idi, atam isə mühafizəçi işləyirdi. Vaqifin ailəsi ilə gediş-gəlişimiz olub. Təkcə Vaqifi yox, Badara kəndinin 80-90 faizini tanıyırıq. İşlədiyim çayxana Xocalı ilə Əsgəranın arasında yerləşirdi. Ermənilərin hamısı ora gəlib çay içirdi. Onların nə iş gördüyü, hansı xarakterə malik olduqlarını bilirdim".
Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.9.