Fransa
xalqlarımıza qarşı
soyqırımı törədib
Bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun
təşkilatçılığı ilə "Neokolonializm: İnsan hüquqlarının
pozulması və ədalətsizlik" adlı
beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs
Qrupu (BTQ) Azərbaycan
Respublikasının sədrlik
etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
toplantısı çərçivəsində
6 iyul 2023-cü ildə
Bakıda "Müstəmləkəçiliyin
tamamilə aradan qaldırılmasına doğru"
adlı konfransın iştirakçıları tərəfindən
yaradılıb.
BTQ XXI əsrdə hələ
də müstəmləkəçilikdən
əziyyət çəkən
dünyanın müxtəlif
bölgələrində yerləşən
xalqların azadlıq
uğrunda apardıqları
mübarizəyə dəstək
verir.
Tədbirdə iştirak
edəcək Martinikanın
Azadlığı Partiyasının
nümayəndəsi Luk
Karole mətbuat konfransı zamanı deyib: "Fransa insan haqları ölkəsi hesab edilir, lakin bizim
ölkələrimizdə yerli
xalqa qarşı müstəmləkə siyasəti
aparır. Fransa xalqlarımıza qarşı
soyqırımı törədib.
Fransanın iqtisadiyyatını
inkişaf etdirmək üçün onlardan qul kimi istifadə
edilib. Nigeriya, Senaqal kimi ölkələr
də müstəmləkəçiliyə
məruz qalırlar. Onlar azad olmaq
üçün mübarizə
aparırlar".
"Fransanın müstəmləkəçiliyi
ilə mübarizədə
beynəlxalq təzyiqlər
olmalıdır. Artıq
Fransa imperialist mövqedən çıxış
edə bilmir. Ancaq Fransa öz
səylərini davam etdirir və radikallaşma gözə çarpır", - deyə
o əlavə edib.
Martinikanın Azadlığı
Partiyasının nümayəndəsi
Luk Karole deyib ki, Fransa
Martinikanı ayrıca
xalq olaraq görməkdən imtina edir: "Biz öz aramızda ana dilimizdə danışırıq. Lakin
Fransa regional dillərlə bağlı
qanuna imza atmayıb. Biz yaxın zamanda bir sənəd qəbul etdik ki, öz dilimiz
fransız dili ilə bərabər statusa malik olsun.
Lakin Fransa isə deyir ki, tək rəsmi dil fransız dilidir. Onlar başqa dilin rəsmi dil olmasından imtina edirlər".
Qvadelupanın Azadlığı
Naminə Xalq Birliyinin nümayəndəsi
Yakob Bisep isə bildirib ki, Fransanın məqsədi assimilyasiya etməkdir: "Fransa bu siyasətinə ilk olaraq dildən başlayır. Xalqlarımız fransız
dilində danışmağa
məcbur edilirlər.
Mübarizələrimiz maneələrlə
rastlaşır".
Qvadelupanın Azadlığı
Naminə Xalq Birliyinin nümayəndəsi
Qaston Samit isə xatırladıb ki, müstəmləkəçiliyə
məruz qalmış
xalqlar beynəlxalq dəstək gözləyirlər:
"Öz torpaqlarımızdakı
əhali ilə çalışırıq ki, bu məsələ sürətlənsin. Fransa özünü
beynəlxalq səviyyədə
insan haqları müdafiəçisi kimi
təqdim edir. Lakin biz
onu göstərmək
istəyirik ki, Fransa müstəmləkəyə
məruz qoyduğu dövlətlərə bu
cür yanaşmır.
Biz istəyirik ki, müstəmləkəçiliyə
sakit şəkildə
son qoyaq. Lakin Fransa bu dialoqu rədd edir. Fransanı yalnız öz maraqları düşündürür. Bir sıra ölkələrdə
Fransa müstəmləkəçiliyinə
son qoyulsa da, hələ
də orada Fransa təsirləri özünü
göstərir".
Azərbaycan.-2023.- 20 oktyabr,
№ 229.- S.10.