Aİ-nin
azərbaycanlıların Ermənistana
qayıtmaq hüququna
məhəl qoymaması
və müharibə canilərinə amnistiya tələbi regionda gərginliyi artırır
Biz, Ermənistandan
qovulmuş azərbaycanlıları
təmsil edən Qərbi Azərbaycan İcması olaraq, Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının (Aİ) 2023-cü il oktyabrın 18-də verdiyi anti-Azərbaycan bəyanatını şiddətlə
qınayırıq.
İlk öncə
vurğulayaq ki, bu bədnam bəyanatı məhz 18 Oktyabrda - Azərbaycan Dövlət Müstəqilliyinin
Bərpası Günündə
verməklə Aİ ölkəmizə
və xalqımıza
qərəzini simvolik
şəkildə ifadə
etmişdir.
AZƏRTAC xəbər verir ki, bu
barədə Qərbi
Azərbaycan İcmasının
bəyanatında bildirilib.
Qeyd edilib ki, Avropa İttifaqının
sənədi qərəzlidir,
ayrı-seçkilik xarakteri
daşıyır, sülhə
mane olur və Ermənistanın törətdiyi müharibə
cinayətlərinə və
insanlıq əleyhinə
cinayətlərə haqq
qazandırır.
“İlk öncə
vurğulamaq istərdik
ki, qayıdış hüququnu ancaq Qarabağ ermənilərinə
şamil etməklə
və Ermənistandan qovulmuş azərbaycanlıların
bu hüququnu inkar etməklə Aİ azərbaycanlılara qarşı
etnik əsasda ayrı-seçkiliyini açıq
şəkildə göstərmişdir.
Bundan əlavə,
münaqişə zamanı
törədilmiş çoxsaylı
hərbi cinayətlərə
baxmayaraq, Aİ-nin “bütün Qarabağ erməniləri” üçün
amnistiya tələbi bizi dərindən narahat edir. Müharibə
cinayətlərinə amnistiyanın
verilməsi təkcə
ədalət və hesabatlılıq prinsiplərini
pozmur, həm də cəzasızlıq
mühiti yaratmaqla regionda davamlı sülh və barışığı mümkünsüz
edir. Aİ-nin müharibə cinayətləri
və insanlıq əleyhinə cinayətlər
üçün amnistiya
tələb etməsi
bu qurumda irqçi mentalitetin ayaq açmasını və humanizm dəyərlərinin aşınmasını,
eləcə də onun regionda sülh
və ədalətin bərqərar olmasında
maraqlı olmadığını
göstərir.
Bundan əlavə,
bəyanatda Azərbaycanı
yerli əhalinin insan hüquqlarını və mədəni irsini qorumağa çağırılsa da,
Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən
qovulmuş azərbaycanlıların
hüquqları və
mədəni irsi ilə bağlı Ermənistanın məsuliyyəti
barədə heç
bir çağırış
edilmir. Bu, Aİ-nin qərəzli və anti-Azərbaycan yanaşmasının növbəti
sübutudur.
Nəhayət, bəyanatda
Azərbaycan Ermənistanın
ərazi bütövlüyünə
sadiqliyini təsdiq etməyə çağırıldığı
halda, Ermənistana oxşar çağırış
edilmir. Ermənistanın
Azərbaycan ərazilərini
onilliklər ərzində
işğal altında
saxlaması və Aİ-nin ona göz
yumması faktını
nəzərə alsaq,
Aİ bu çağırışı
ilə faktiki olaraq Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə cəsarətləndirir.
Aİ-nin bu bəyanatı və son dövrlər nümayiş etdirdiyi mövqe onun sülh üçün tərəfdaş kimi etibarını və rolunu sarsıtmışdır. Biz Aİ-ni anti-Azərbaycan yanaşmasından əl çəkməyə, insanların hüquq və ləyaqət baxımından bərabərliyi, eləcə də dövlətlərin suveren bərabərliyi prinsiplərinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarına hörmət etməyə çağırırıq”, - deyə İcmanın bəyanatında vurğulanıb.
Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.10.