40 yol ötürücüsü
və körpü, 52
alt keçid...
Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolu ən müasir
standatrlara uyğun inşa olunub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 20-də
Bakı-Quba-Rusiya Federasiyası
ilə dövlət sərhədi ödənişli
yeni avtomobil yolunun açılışında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin
başçısına görülən
işlər barədə
məlumat verdi.
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Rusiya Federasiyası
ilə dövlət sərhədi ödənişli
yeni avtomobil yolunun təməli 2017-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən
qoyulub. Dövlətimizin
başçısı yolun
təməlinin qoyulduğu
ilk gündən başlayaraq inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı
tapşırıqlarını verib.
Bildirildi ki, “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”na uyğun
olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən
başlayaraq Rusiya sərhədinədək olan
150 kilometrlik hissəsi
birinci texniki dərəcəyə uyğun
inşa edilib.
Magistralın 129 kilometrlik
hissəsi ödənişli
yol kimi müəyyənləşdirilib və Tarif Şurası
tərəfindən gediş
tarifləri təsdiq edilib. Gediş üçün ödənişin
məbləği nəqliyyat
vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla
müəyyənləşdirilib. Ödənişli avtomobil
yolu 4 zolaqlıdır.
Ödənişli yoldan
istifadə tarifləri
yeni müəyyən
olunduğu üçün
hazırda həmin tariflərin ödəniş
sisteminə inteqrasiyası
həyata keçirilir.
İnteqrasiya yekunlaşdıqdan
sonra ödəniş
sisteminin proqram təminatı test ediləcək. Sınaqlar
başa çatdıqdan
sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması
nəzərdə tutulur.
Diqqətə çatdırıldı
ki, bu magistral
yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü
və körpü, 52
alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən
çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin
hər hansı maneənin yola çıxmasının qarşısını
almaq üçün
tədbirlər görülüb.
O da bildirildi ki, yeni yol
mövcud yoldan 13 kilometr qısadır.
Dövlətimizin başçısı
ödəmə sistemi
haqqında videoçarxa
baxdı.
Bildirildi ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən
kart vasitəsilə həyata keçiriləcək.
Bu kartı yolun giriş və çıxışlarından,
yaxın gələcəkdə
isə şəhər
və rayonlarda müxtəlif satış
nöqtələrindən əldə
etmək mümkün
olacaq.
Kartın 2 formada
olması nəzərdə
tutulub. Belə ki, yoldan daimi istifadə
edən sürücülər
daimi kart, vaxtaşırı
istifadə edənlər
isə müvəqqəti
və ya birdəfəlik kart əldə
edəcəklər.
Ödənişli yol sistemi sürücülərə
adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa
daxil olan sürücü ödəniş
məntəqələrində keçid üçün
kartı əldə edərək avtomobilin ön şüşəsinə
yerləşdirir və
daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş
məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkanı verir. Bunun üçün
sürücüdə əvvəlcədən
əldə edilmiş
xüsusi çip kart
və yetərli ödəniş balansının
olması kifayətdir.
Bu zolaqlarda xüsusi nömrə oxuma kameraları, təhlükəsizlik
kameraları, avtomobilləri
klassifikasiya etməyə
imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə
çəkiyə nəzarət
və yolun dayanıqlılığını təmin etmək məqsədilə elektron
tərəzi sistemi də quraşdırılıb.
Gələcəkdə avtomatik
ödənişlər və
ya QR kodları ilə mobil ödənişlər də
mümkün olacaq.
Ödənişli yoldan keçid kartının
ilk nümunəsi Prezident
İlham Əliyevə təqdim
olundu.
Qeyd edək
ki, son illərdə regionların
sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
uğurlu icrası nəticəsində ölkəmizdə
magistral, respublika və
yerli əhəmiyyətli
avtomobil yolları əsaslı şəkildə
yenidən qurulub, həmçinin yeni avtomobil
yolları, körpülər
və yol ötürücüləri inşa
edilərək əhalinin
istifadəsinə verilib.
Prezident İlham Əliyevin
imzaladığı sərəncamlara
əsasən Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi
yeni avtomobil yolunun inşası ölkəmizdə
yol infrastrukturunun müasir səviyyəyə
çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir.
Bu yolun istifadəyə verilməsi, həmçinin
beynəlxalq nəqliyyat
əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan
Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizinin
səmərəliliyini daha
da artıracaq. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini
daha da yaxşılaşdırmaqla
yanaşı, bölgədə
turizmin inkişafına
əlavə təkan verəcək, dəhlizlə
yük və sərnişin daşımalarında
əsas rol oynayacaq.
Azərbaycan.-2023.- 21 oktyabr, № 230.- S.2.