Azərbaycan
Respublikası Prezidentinin
Azərbaycan Respublikası
Energetika Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin,
nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
15 may tarixli 404 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında 2014-cü il
11 aprel tarixli 149 nömrəli və Azərbaycan Respublikası
Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında
və Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və Azərbaycan Respublikasının Sənaye
və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin
strukturunun və aparatın işçilərinin
say həddinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
11 aprel tarixli 149 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə 2020-ci il
22 sentyabr tarixli 1159 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası
Energetika Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və
"Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin,
nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
15 may tarixli 404 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 4, maddə
365, ¹ 6, maddə 637; 2015, ¹ 3, maddə 272; 2018, ¹ 5, maddə
899; 2020, ¹ 9, maddə 1149; 2021, ¹ 6 (I kitab), maddə 588, ¹ 8, maddə
926; 2022, ¹ 8, maddə 859; 2023, ¹ 7, maddələr 944, 957) 3-cü hissəsində
"200" rəqəmləri
"220" rəqəmləri ilə və "40" rəqəmləri "60" rəqəmləri
ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası
Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında
və "Azərbaycan
Respublikası Energetika
Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye
və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin
strukturunun və aparatın işçilərinin
say həddinin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
11 aprel tarixli 149 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 9, maddə
1149; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
5 avqust tarixli 2293 nömrəli Fərmanı)
2-ci hissəsində "40" rəqəmləri "60" rəqəmləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 oktyabr 2023-cü il
Azərbaycan.-2023.-
21 oktyabr, ¹ 230.- S.2.