Ağıllı
kənd konsepsiyası
Zəngilanda reallaşıb
Bu günlərdə
xalqımız tarixi hadisələrə şahidlik
etməyə davam edir. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən
Xankəndi şəhərində
Azərbaycan bayrağının
ucaldılması suverenliyimizin
tam bərpa edilməsinin mühüm rəmzidir.
Uzun illər düşmən işğalında
qalmış tarixi torpaqlarımız Müzəffər
Ali Baş Komandanın rəhbərlik
etdiyi rəşadətli
Azərbaycan Ordusu tərəfindən işğaldan
azad edilib. Ərazi bütövlüyümüz
bərpa olunub, suverenliyimiz təmin edilib.
20 oktyabrı bizim
üçün əlamətdar
edən tarixi hadisə, Zəngilan şəhərinin düşmən
işğalından azadlığı
günü olmasıdır.
Hamımız yaxşı
bilirik ki, ermənilər işğal
altında saxladıqları
ərazilərimizi viran
qoymuş, bütün
bina və tikililəri məhv etmişlər. Təəssüf
ki, belə vandallıq aktlarından ən çox ziyan çəkmiş rayonlarımızdan biri də Zəngilan olmuşdur.
Ermənistan bu
30 il ərzində yalnız evləri dağıtmaqla, infrastrukturu
sıradan çıxarmaqla
kifayətlənməmiş, dini və tarixi
abidələrimizi də
məhv etmişdir. Üçtərəfli Bəyanat
imzalandıqdan dərhal
sonra dövlətimizin
başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı abadlıq
və quruculuq işlərinə başlanılmışdır.
3 ildən də qısa müddətdə,
işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu
kimi, Zəngilana da həyat qayıdıb.
Zəngilan rayonunun
Ağalı kəndində
həyata keçirilən
"ağıllı kənd"
layihəsi "Ağıllı
kənd" konsepsiyasının
reallaşmasının bariz
təzahürüdür. 30 il doğma yurd
həsrəti çəkmiş
zəngilanlılar artıq
evlərinə qayıdırlar,
Böyük qayıdış
proqramı uğurla icra edilir. Sevindirici
haldır ki, işğaldan azad edilmiş ərazilərdə
tikilən 3 beynəlxalq
hava limanından biri məhz Zəngilanda yerləşir.
Vaxtilə viran edilmiş Zəngilan planlı surətdə yenidən qurulmaqdadır. Artıq bu rayon
Beynəlxalq Şəhərsalma
Forumuna evsahibliyi də edib. İşğaldan
azad edilmiş digər ərazilərimizlə
birlikdə Zəngilanda
da müasir infrastruktur qurulur, insanların rahat yaşaması üçün
hər cür şərait yaradılır,
məktəb, bağça,
xəstəxanalar tikilir.
Keçmiş məcburi
köçkünlərin doğma
yurdlarına qayıtdıqdan
sonra məşğulluq
məsələlərinin həlli
də dövlətimizin
diqqət mərkəzindədir.
Bu ərazilərdə
sahibkarlığa verilən
dəstəkdə əsas
məqsəd dayanıqlı
inkişafa nail olmaqdır. Artıq ölkəmizdə yeni inkişaf dövrü başlayıb, Qarabağa
və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb.
Adil
ƏLİYEV,
Milli Məclis Sədrinin müavini
Azərbaycan.-2023.- 21 oktyabr,
№ 230. - S.3.