İtaliya Deputatlar Palatasında Azərbaycan həqiqətləri təbliğ edilib

 

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin üzvü, həmçinin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Azər Kərimli Romada İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr icma komissiyasının sədri Culio Tremonti komissiyanın üzvü Cianciakomo Kalovini ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, S.Seyidov səfər çərçivəsində İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasında səmərəli görüş keçirdiyini qeyd edib. Komitə sədri 30 il əvvəl Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyon azərbaycanlının ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldığını deyib. Bildirilib ki, buna baxmayaraq, ölkəmiz məsələni hər zaman sülh yolu ilə həll etməyə çalışıb, lakin Ermənistan torpaqlarımızı qaytarmaq istəməyib. Buna görə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi son antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz bərpa olunub.

"Biz sülh barədə düşünürük, regionda sülhün bərqərar olacağına, bölgənin sülh şəraitində daha da inkişaf edəcəyinə inanırıq. Ermənilərin Qarabağı tərk etmələrinə təəssüflənirik. Əfsuslar olsun ki, bir milyon azərbaycanlı qaçqın məcburi köçkünlərə görə erməni tərəfi heç vaxt təəssüf hissi keçirməyib. Ermənilərin beynini 30 il müddətində azərbaycanlılarla "birgə yaşaya bilmərik" təbliğatı ilə zəhərləyiblər", - deyə S.Seyidov qeyd edib. O, Azərbaycana qarşı "etnik təmizləmə" iddiasının əsassız olduğunu, əslində, işğal dövründə azərbaycanlıların ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldıqlarını söyləyib

 

Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.3.