İcma:
Çexiya parlamentinin
anti-Azərbaycan kampaniyasının
alətinə çevrilməsini
pisləyirik
Qərbi Azərbaycan
İcması Çexiya
parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar
bəzi dairələrin
apardığı anti-Azərbaycan
kampaniyasının alətinə
çevrilməsini pisləyir.
AZƏRTAC xəbər verir ki, İcma
bununla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Çexiya parlamenti
Azərbaycanı “Qarabağda
yerli əhali ilə davranışı
müşahidə etmək
üçün beynəlxalq
müşahidəçilərin bölgəyə girişinə
imkan verməyə və tarixi və dini abidələri
qorumağa” çağırır.
Qoy Çexiya parlamenti Azərbaycana görə “narahat” olmasın və beynəlxalq müşahidəçiləri daim sıxışdırılan, aşağılanan qaraçılara (Roma və sintilər) görə öz ölkəsinə dəvət etsin və İkinci Dünya müharibəsinə aid abidələrin dağıdılması və təhqir edilməsi kimi məsələlərə münasibət bildirsin".
Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.3.