Yeni Kaledoniya deputatı: Beynəlxalq ictimaiyyət Fransanın resurslarımızı
mənimsəməsinə göz
yumub
1980-ci illərdə ölkəmizin iqtisadi vəziyyəti çox ağır idi. O vaxt ölkəmizdə Fransaya qarşı hərəkat yaranmışdı.
Bizim hərəkatın
lideri elə o dövrdə öldürülüb.
Halbuki, onun ölümü ictimaiyyətə
təyyarə qəzası
kimi təqdim olunub. Ölkəmiz Fransanın əlində olduğu üçün
iqtisadiyyatımız iflic
vəziyyətdə idi.
AZƏRTAC xəbər verir ki, bunu
jurnalistlərə açıqlamasında
Yeni Kaledoniya Parlamentinin üzvü İzabel Serai Kaloi Bearuni söyləyib.
“Fransa bizim resurslarımızı mənimsəyirdi.
Bu isə təbii fəlakətlərə,
həmçinin torpaq
sürüşmələrinə gətirib çıxarırdı.
Beynəlxalq ictimaiyyət
buna göz yumurdu”, - deyə o bildirib.
Parlament üzvü yerli əhalinin həyatını yaxşılaşdırmaq istiqamətində heç bir addım atılmadığını diqqətə çatdırıb: “Nəhayət ki, 150 ildən sonra, biz Fransadan öz resurslarımızdan istifadə etmək haqqını qazanmışıq”
Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.4.