Efiopiyalı QHT rəhbəri: Fransa bir çox xalqın tarixində mürəkkəb vəziyyətlər
yaradıb
Avropa müstəmləkə
siyasətinin səhiyyəyə
və bu sahədə çalışan
işçilərə qarşı
vurduğu ziyanı qəbul etməlidir. Bu gün səhiyyə
sisteminə yerli mütəxəssislər cəlb
edilməlidir. Fransa bir çox xalqın tarixində mürəkkəb vəziyyətlər
yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu
"Neokolonializm: İnsan
Hüquqlarının Pozulması
və Ədalətsizlik”
mövzusunda keçirilən
konfransda Efiopiyada qeyr-hökumət təşkilatı
(QHT) rəhbəri olan
Hebron Fekadu Gebre deyib.
Onun sözlərinə görə, dekolonizasiya Qərb kolonizasiyasının sonunu labüd edir və həmçinin ədalətsizliyə qarşı mübarizəni tərənnüm edir: “Efiopiya Fransanın müstəmləkəsi olmayıb, amma bu ölkə üçün də müəyyən problemlər yaradıldığını qeyd edə bilərik. Fransa digər müstəmləkəçi ölkələr kimi, regionda həmişə maraqlı olub. Efiopiya isə həmişə suverenliyin bərpası üçün çalışıb”.
Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.4.