Hektor Pindard: Qvineyada gənclər müstəmləkəçiliyin
təsiri altındadırlar
Qvineyada gənclər
müstəmləkəçiliyin təsiri altındadırlar.
İlk növbədə,
bu, onların təhsilinə təsir edir. Bizdə Avropa və fransız təhsili tədris olunur, onların mədəniyyəti
öyrədilir. Ana dilini öyrənmək baxımından da çətinliklər vardır.
AZƏRTAC xəbər verir ki, bunu
"Neokolonializm: İnsan
Hüquqlarının Pozulması
və Ədalətsizlik”
mövzusunda keçirilən
konfransda Fransız Qvineyasının sosial azadlığı və dekolonizasiyası naminə
hərəkatın siyasi
bürosunun üzvü
Hektor Pindard deyib.
Gəncləri milli mənsubiyyətlərindən uzaqlaşdırmağa çalışırlar. Onların təhsil səviyyəsi özünüdərk üçün kifayət qədər deyil. Uşaqlar məktəblərdə sona qədər oxumurlar, buna görə də iş tapa bilmirlər. İl ərzində 10 min gənc məktəbdən uzaqlaşır. Məzun olan şəxslər isə layiqli iş tapmaqda çətinlik çəkirlər. İşsiz gənclərin sayı artmaqda davam edir. İş yerlərinə və məktəblərə daha çox diqqət ayırmaq lazımdır”, - deyə Hektor Pindard vurğulayıb.
Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.4.