Əlcəzair təmsilçisi: Fransa planetimizdə dərs verə biləcək ən son ölkədir
Fransa hər kəsə insan hüquqları, beynəlxalq
hüquq sahəsində
dərs vermək istəyir. Lakin Fransa bizim planetimizdə
dərs verə biləcək ən son ölkədir. İnsan haqları sahəsində onun dərs verməyə haqqı yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik” mövzusunda
keçirilən konfransda
Əlcəzairin Ali təhsil
və elmi tədqiqatlar nazirinin müşaviri Youcef Houri deyib.
Fransanın Əlcəzairə
qarşı törətdiyi
soyqırımı siyasətindən
bəhs edən Youcef
Houri bildirib: “Fransızlar
1945-ci ilin martında
45 min əlcəzairlini, 1952-ci ildə Konstantin şəhərində
230 nəfəri öldürüblər.
1961-cı ildə Parisdə
300 nəfər əlcəzairli
qətlə yetirilib. Soyqırımı uşaqlara,
qadınlara, qocalara, bütünlükdə hər
kəsə qarşı
həyata keçirilirdi.
Fransa bütün qadağan
olunmuş silahlardan istifadə edərək Əlcəzair xalqını
qətlə yetirirdi”.
Azərbaycan.-2023.- 21 oktyabr,
№ 230. - S.4.