Nəhayət ki, "qədim erməni xəstəlikləri"nin
müalicəsi tapıldı
Məşhur qəzəlin
maraqlı bir misrası var:
Xəstə çox
şey dilər, amma ona qismət olmaz...
Ermənilər xəstə
millətdirlər!
Bu, ruhi xəstəlikdir!
Amma nə özlərinin, nə də ikili standartlar dünyasının bu xəstəlikdən xəbəri
var!
Belə xəstəliyin
simptomlarına ayrı-ayrı
insanlarda, xüsusən
uşaqlarda daha çox rast gəlmək mümkündür.
Başlıca əlaməti
isə öz uydurmalarına, söylədikləri
yalanlara özlərinin
də inanması, həqiqətdən uzaq fakt və hadisələri
gerçəklik, reallıq
kimi qəbul etmələridir.
Məsələn, ermənilər
uzun illərdir "böyük Ermənistan"
xülyasına qapılıblar.
Guya haçansa "dənizdən-dənizədək
uzanan böyük Ermənistan" adlı bir dövlət olub.
Hətta onun
"xəritə"sini də
çəkib yayıblar.
Həqiqətdə isə nə tarixdə belə dövlət olub, nə də
keçmişdən qalma
belə bir xəritə var.
Necə deyərlər,
bu fikirlə, bu inamla özlərini
salıblar zibilə!
Bütün qonşularına
qarşı ərazi iddiaları ("böyük
Ermənistan"ı təzədən
bərpa etməkdən
ötrü) irəli sürərək hamısı
ilə düşmənçilik
edirlər.
Bütün qonşularından
da zəif və gücsüzdürlər!
Hər qonşusu
isə başına bir qapaz vuraraq
küncə sıxıb!
İndi çevrilib olublar "dalan dövlət"!
"Forpost", "satellit"
olduqları azmış
kimi, indi də dalanda, qapı dalında qalıblar.
Nə dillərinə
yiyəlik edirlər, nə də xəstə beyinlərindəki
fikirlərindən dönürlər.
"Böyük Ermənistan"
qurmaq istəyən millət Azərbaycan ərazilərini 27 il işğalda
saxladı.
Di gəl ki, orada yaşamağa adamı olmadı, şəhər
və kəndlər qaldı bomboş.
Livandan, başqa
xarici ölkələrdən
gətirib məskunlaşdırdıqları
isə az sonra qaçıb getdilər.
Hələ Qarabağ
bir yana, İrəvandakı nisbətən
"ağıllı ermənilər"
də fürsət düşən kimi köçüb Rusiyaya gedirlər.
Bir az diribaşları isə böyük "bacı"ları Fransanın
yanına, ABŞ-dəki
Nensi "nənə"lərinin vətəninə köçürlər.
Qarabağı "qədim
vətən"ləri adlandırsalar
da, əllərində olduğu
müddətdə həmin
ərazidə daş üstdə daş qoymadılar.
Hər iki mənada.
Nə iki daşı bir-birinin üstünə qoyaraq
yeni ev tikdilər, nə də tikili evi salamat saxladılar.
Hər şeyi
söküb, dağıdıb
satdılar.
Sonra xaraba bayquşları tək viranəlikdə yaşadılar.
***
İkinci sağalmaz
xəstəlikləri isə
oğurluqdur.
Bu millət təkcə indi gözünə görünənləri deyil,
keçmişdən qalanları
da oğurlayır, mənimsəyir.
Ağına-bozuna baxmadan,
maddi, mənəvi, mədəni nə varsa hamısını çırpışdırır, sonra at kimi adamın
üzünə duraraq
deyir ki, bunların hamısı qədimdən
bizə məxsusdur.
Məsələn, yüz
il bundan qabaq Üzeyir bəy Hacıbəylinin "Arşın
mal alan" operettasını
bir erməni öz adına çıxmışdı.
Əgər o zaman Stalin bunun
qarşısını almaqdan
ötrü həmin əsər əsasında
film çəkdirməsəydi, indiyədək iddialarından
- oğurluqlarından əl
götürməyəcəkdilər.
* Üzümüzə
dirənirlər ki, "Sarı
gəlin" mahnısı
bizimdir!
* Yastı
balabana "duduk" deyib
öz adlarına çıxırlar.
* Dolmanı
özününküləşdirmək üçün kitablar yazırlar.
Gizlincə torpağın
altına bir erməni xaçı basdırır, neçə
illər sonra həmin yerdə "arxeoloji qazıntılar aparıb tapıntılarını
üzə çıxararaq
bura qədim erməni yaşayış
məskənidir" - deyə
dünyaya car çəkirlər.
Nəhayət ki, "qədim
erməni xəstəlikləri"nin
müalicəsi tapıldı!
Özü də bunu Azərbaycan xalqı tapıb.
Xəstəliyin müalicəsi
iki mərhələdə
aparılır:
Əvvəlcə "dəmir
yumruq" işə salınır, sonra isə yumruğun dadını görənlərə
"çay qonaqlığı"
verilir!
***
Ruben Vardanyan Rusiyada
oğurluq pullarla varlanmışdı.
Əli ABŞ-dən,
Fransadan, Brüsseldən
tutmuş hər yerə çatırdı.
Amma milyarder olsa da, əsl çay - "Azərçay" tapıb
içə bilmirdi.
Arzusuna çatmaq
üçün bütün
obyektlərini qoyub gizlincə Xankəndiyə gəldi.
Burada da yaxşı
çay tapa bilmədi.
Xərc çəkib
özünü qondarma
qurumun "dövlət
naziri" qoydurdu ki, bəlkə yerli ermənilərdən kimsə
ona rüşvət qismində "Azərçay"
verə...
Gözləri yolda qaldı...
Azərbaycan DTX-sinin
əməkdaşları Vardanyanın
bu arzusundan xəbər tutan kimi onu rahatca
maşına qoyub Bakıya gətirdilər.
Münasib şəraiti
olan bir etibarlı yerdə yerləşdirdilər.
Deyilənə görə,
Vardanyan dayanmadan, gecə-gündüz
durmadan çay içir.
Nədənsə doymaq bilmir.
***
Arkadi Qukasyanla Bako Sahakyan da "Azərçay"
- əsl çay tamarzısı imişlər.
Neçə dəfə
paytaxtdakılara eşitdiriblər
ki, Bakıda, dəniz
qırağında çay
içmək istəyirlər.
Heç kim onları adam yerinə qoyub bir stəkan çay verməyib.
Onlar da acığa
düşərək qondarma
qurumlarındakı "prezidentlik"lərindən
imtina ediblər.
Separatçı qurum oktyabrın 9-da özünü
buraxanda Arkadi ilə Bakonun da bəxti açıldı.
Yenə də sağ olsun bizim DTX-dəki igidlərimiz.
Gedib onları səssizcə maşına qoyaraq Bakıya gətirdilər!
İndi sabiq "prezidentlər"
dəniz qırağında
olmasa da, dəniz havasında doyunca "Azərçay" - əsl
çay içirlər.
Onların da yerləri
rahatdır.
***
Arayik Harutyunyan isə
çayxorluğunun yox,
dilinin bəlasına düşdü.
Separatçı quruma
"prezidentlik" etdiyi
müddətdə oğurladığı
pullardan özünə
Ermənistanda, Rusiyada xeyli
obyekt tikdirmişdi.
Laçın yolu nəzarətə götürüləndən
sonra gördü ki, nə Ermənistandan, nə başqa yerdən əvvəlki tək nə dram gətirən var, nə də onu oğurlamaq
imkanı.
Odur ki, vəzifəsindən küsdü,
"prezident"liyindən istefa verdi.
Amma "istefa"sına qədər
böyük bir qələt yemişdi:
Gəncəni ballistik
raketlə onun əmri ilə vurulduğunu etiraf etmişdi!
O biri
şəhərlərimizi də
raketlə vuracağı
ilə bizi hədələmişdi.
Başından böyük
yediyi bu qələt onun da Bakıya "çay qonaqlığı"na gətirilməsinə
səbəb oldu!
Düzdü, Xankəndidə
yekə-yekə, lovğalana-lovğalana
gəzirdi.
Bakıya gətiriləndə
isə qəddi bükülmüşdü.
Əgər igidlərimiz
qoluna girməsəydilər,
bəlkə də yerə yıxılardı.
***
Bir erməni rejissor da vardı, Arşak Zakaryan adında.
O da başından yekə danışanlardan idi.
Bir dəfə yol istiqamət göstəricisinə
işarə edərək
erməni tankları ilə Bakıya gəlmək arzusunda olduğunu söyləmişdi.
Sonra da rejissorluğunu buraxıb Kəlbəcərdə restoran
tikərək alver edirdi.
44 günlük Zəfər müharibəsi başlayanda
bu "igid"in də arzusu yerinə yetirildi.
Bakının mərkəzində
gözəl bir Hərbi Qənimətlər
Parkı yaradaraq Ermənistanın xəşilə
döndərilmiş tanklarını,
toplarını, digər
zirehli texnikalarını
götürüb gəldilər.
Fərq bircə
onda oldu ki, tanklar, necə deyərlər, "öz
xoduna" gəlmədi.
Sürüyüb gətirdilər.
Bu erməni rejissor bizdən nə təhər incidisə, başladı zır-zır
ağlamağa: "Gərək
məni tankın üstündən düşürməyəydiniz.
Mən də dəniz qırağında
gəzmək istəyirdim".
Day haray hara çatacaqdı?!
Həm də xüsusi təyinatlılarımıza
artıq zəhmət
vermək istəmədik.
Peşəsinə xəyanət
eləmiş bu uğursuz rejissor ağlamaq səhnəsini
o qədər məharətlə
oynamışdı ki, feysbukda
əməlli-başlı "baxış" yığmışdı.
***
Qondarma qurumun
"parlament sədri"
David İşxanyanın xəstəliyi
isə bambaşqa olub.
Dərin stres keçirib.
Tərs kimi Xankəndidə də ruhi xəstələr üçün xəstəxana
yoxdur.
Xəstəliyinin qəribə
tarixçəsi var.
Bu "spiker"
Şuşada iclas keçirmək istəyirdi.
Dünya erməniləri yığışıb
qısa vaxtda ona yarlı-yaraşıqlı
bir "parlament" binası da tikdilər.
Tamamlama işlərinin
başa çatmasına
az qalmışdı.
Azərbaycan Ordusunun
xüsusi təyinatlıları
qəfildən işə
qarışdılar.
Yarımçıq işləri
elə "tamamladılar"
ki, bir də Xankəndidəkilər baxıb
gördülər Şuşadakı
"parlament" binası
yoxa çıxıb!
Bu "möcüzə"dən şoka
düşən nakam
"parlament sədri"
havalandı.
Yenə də sağ olsun bizimkilər.
Gedib gətirdilər Bakıya.
İndi həm hava alır,
həm də müalicə.
Deyirlər arabir
"Azərçay" - əsl
çay da içir.
***
Şükür Allaha!
Suyumuz bol, yerimiz geniş, çay plantasiyalarının
isə ucu-bucağı
görünmür.
Azərbaycan xalqına
xəyanət edənlərin,
terror əməlləri törədənlərin,
"miatsum" deyə
qışqıranların hamısına
çatar.
Koçaryanın, Sarkisyanın,
Ohanyanın və digərlərinin çay
payını ayrıca
saxlayırıq.
Zamanı çatanda
gətirib içirdəcəyik!
Bu gün Azərbaycan mümkün olmayanları
mümkün edir, cinayətkarlara, xəyanətkarlara
ədalət məhkəməsi
qarşısında cavab
verməyə imkan yaradır.
Hətta onları
pulsuz vəkillə təmin edir.
Çayımız, vəkilimiz
varkən, gələnlər
gəlsin, bizə əlavə zəhmət verməsin.
Dəm çaynikimiz
zümzümə edən
samovarın üstündə
yolunuzu gözləyir!
Bəxtiyar
SADIQOV
Azərbaycan.-2023.- 21 oktyabr,
№ 230. - S.5.