Azərbaycan
Ali Məhkəməsinin
təşəbbüsü ilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransı
təsis edilib
Oktyabrın 19-da Şuşa
şəhərində Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları:
müasir çağırışlar”
mövzusunda beynəlxalq
konfrans keçirilib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, türkdilli dövlətlərin
Ali məhkəmələrinin
sədrlərinin iştirakı
ilə keçirilən
konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
İnam Kərimov qonaqları “Türk dünyasının mədəniyyət
paytaxtı” Şuşa
şəhərində salamlamaqdan
məmnunluğunu ifadə
edib. Sədr bildirib ki, Azərbaycan
xalqının tarixində
əvəzsiz xidmətlər
göstərmiş dahi
şəxsiyyət Heydər
Əliyev Yeni Azərbaycanın memarıdır.
Ulu Öndərin fəaliyyəti Azərbaycanla
məhdudlaşmır, beynəlxalq
aləmdə böyük
nüfuza malik dahi şəxsiyyət türk dünyasında, eləcə də qlobal proseslərdə də müdrik siyasəti ilə böyük iz qoyub. Fəaliyyəti dövründə hər zaman türk dövlətləri ilə
əlaqələrinin inkişafına
xidmət edən layihələrin təşəbbüskarı,
təşkilatçısı olub. Bu gün
bu siyasət Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. “Türk dünyası böyük
bir ailədir” deyən Prezident İlham Əliyev türk dövlətləri
ilə əlaqələrə
xüsusi önəm verir.
Hazırda dünyada
gedən mürəkkəb
proseslər fonunda dövlətlər və onların məhkəmə
sistemləri qarşısında
yeni çağırışlar
meydana gəldiyini deyən İnam Kərimov bildirib ki, bu çağırışlara
cavab vermək üçün məhkəmələrin
müasir tələblərə
uyğun qurulması, ədalət mühakiməsinin
həyata keçirilməsində
peşəkarlığın artırılması və
innovativ texnologiyaların
tətbiqi, məhkəmə-hüquq
sistemləri arasında
əlaqələrin genişləndirilməsi
zamanın tələbidir.
Türk Dövlətləri
Təşkilatına üzv
və müşahidəçi
dövlətlərin məhkəmə
orqanları arasında
əlaqələrin genişləndirilməsi,
ümumi maraq doğuran məsələlər
üzrə fikir və təcrübə mübadiləsinin aparılması
məqsədilə Türk
Dövlətləri Ali
Məhkəmələrinin Konfransının təsis
edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonra Türkiyə
Respublikası Ali Məhkəməsinin (Yargıtay)
sədri Mehmet Akarca çıxış
edərək bildirib ki, Azərbaycanda siyasi birliyi təsis edən dünya şöhrətli
Heydər Əliyev türk dünyasının
birliyi üçün
də mühüm xidmətlər göstərib.
Qeyd edilib ki, məhkəmə sistemini müasir dövrün yenilikləri
ilə uyğunlaşdırmaq
çox vacibdir. Burada hüquq təhsilindən məhkəmədə
şəffaflığın təmin edilməsinə qədər geniş bir prosesi dəyərləndirmək
lazımdır. Bu baxımdan türkdilli dövlətlərin qarşılıqlı
şəkildə öyrənəcəyi
bir çox məsələlər var.
Mehmet Akarca Türk Dövlətləri
Ali Məhkəmələrinin
Konfransının yaradılmasının
əhəmiyyətinə toxunaraq,
məhkəmə-hüquq sahəsində
əməkdaşlığın gücləndirilməsinin bütün
türk dünyası
üçün faydalı
olacağına əminliyini
vurğulayıb.
Qazaxıstan Respublikasının
Ali Məhkəməsinin
sədri Aslambek Merqaliyev isə çıxışında Türk
Dövlətləri Ali
Məhkəmələrinin Konfransının yaradılması
barədə təşəbbüsü
məmnuniyyətlə qarşıladıqlarını
bildirib. Qeyd edilib ki, bu
konfrans məhkəmə
işinin təkmilləşdirilməsi,
ədalət mühakiməsinin
və məhkəmə
inzibatçılığının səmərəliliyinin təmin
edilməsi və təcrübə mübadiləsi
üçün mühüm
platformaya çevrilməlidir.
Konfrans əməkdaşlığın
dərinləşməsinə öz töhfəsini verəcək və dövlətlər arasında
qarşılıqlı fəaliyyətin
mühüm tərkib
hissəsinə çevriləcəkdir.
Sonra Türkiyə
Ali İnzibati Məhkəməsinin (Danıştay)
sədri Zeki Yiğit çıxış
edərək, müasir
dövrdə məhkəmə
işlərinə operativ
baxılması və
süni intellektin tətbiqinin qaçılmaz
olduğunu vurğulayıb.
Qeyd edilib ki, Türk Dövlətləri
Ali Məhkəmələrinin
Konfransının yaradılması
təşkilata üzv
ölkələrin məhkəmə
sistemini daha yaxından tanımağa imkan verəcək, inteqrasiya və əməkdaşlığı gücləndirəcək.
Özbəkistan Respublikasının
Ali Məhkəməsi
sədrinin birinci müavini xanım Robaxon Maxmudova çıxış edərək
deyib ki, son illər Özbəkistan-Azərbaycan münasibətləri
dostluq və strateji tərəfdaşlıq
ruhunda uğurla inkişaf edir, bunun mühüm əsasını ölkələrimizin
rəhbərləri arasında
müntəzəm təmas
təşkil edir. Bu kontekstdə məhkəmə orqanlarımız
arasında əməkdaşlığı
genişləndirmək və
dərinləşdirmək məqsədilə Özbəkistan
Respublikasının Ali
Məhkəməsi Türk
Dövlətləri Ali
Məhkəmələrinin Konfransının yaradılması
təşəbbüsünü böyük məmnunluqla qəbul edib. Bildirilib ki, Şuşa Bəyannaməsinin
imzalanması və bugünkü konfransın
keçirilməsi məhkəmə-hüquq
sisteminin inkişafı
ilə bağlı fikir və qabaqcıl
təcrübə mübadiləsinə
xidmət edəcək.
Sonra Qırğızıstan
Respublikasının Ali
Məhkəməsinin sədri
Zamirbek Bazarbekov çıxışında təmsil
etdiyi ölkənin məhkəmə sistemi barədə konfrans iştirakçılarına ətraflı
məlumat verib. O qeyd edib ki,
Qırğızıstanda məhkəmə
sisteminin rəqəmsallaşdırılması
üzrə işlərin
təşkilində türk
dövlətlərinin təcrübəsinin
öyrənilməsi çox
faydalı olacaq.
Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri xanım Narin Ferdi Şefik
rəhbəri olduğu
məhkəmənin fəaliyyəti
barədə danışıb.
O da həmkarlarının
fikirlərinə qatılaraq,
Türk Dövlətləri
Ali Məhkəmələrinin
Konfransının yaradılmasınnın
zəruriliyini və üzv ölkələrin
məhkəmə sisteminə
verəcəyi faydalardan
danışıb.
Türk Dövlətləri
Təşkilatı Baş
katibinin müavini Sədi Cəfərov isə çıxışında
təmsil etdiyi təşkilatın türk
dövlətləri arasında
siyasətdən tutmuş
iqtisadiyyata, enerjiyə,
nəqliyyata, turizmə,
təhsilə, gənclərə,
idmana qədər fərqli sahələrdə
əməkdaşlığı genişləndirmək və
gücləndirmək üçün
səylərini davam etdirdiyini qeyd edib. Bildirilib ki, bu gün
təsis edilən yeni əməkdaşlıq
formatı türk ölkələri arasında
müvafiq sahədə
qabaqcıl təcrübə
mübadiləsini təmin
edəcək, müxtəlif
müştərək layihələrin
həyata keçirilməsinə,
eləcə də birgə təlim proqramlarının həyata
keçirilməsinə zəmin
yaradacaqdır.
İnam Kərimov
yekun nitq söyləyərək, konfrans
iştirakçılarına təşəkkürünü bildirib.
Daha sonra Türk Dövlətləri
Ali Məhkəmələri
Konfransının təsis
edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalanma
mərasimi baş tutub.
Sonda xatirə fotosu çəkilib.
Azərbaycan.-2023.- 21 oktyabr, ¹ 230. - S.6.