Türk
Dövlətləri Təşkilatının
Ağsaqqallar Şurasının
iclasında Azərbaycanın
Qarabağ Zəfərindən
bəhs olunub
Özbəkistanın Səmərqənd şəhərində
keçirilən Türk
Dövlətləri Təşkilatının
(TDT) Ağsaqqallar Şurasının
14-cü toplantısında diqqət mərkəzində
saxlanılan məsələlərdən
biri də Azərbaycan dövlətinin
suverenliyini və ərazi bütövlüyünü
tam bərpa etməsi olub.
AZƏRTAC xəbər verir ki, iclasda
TDT Ağsaqqallar Şurasının
Azərbaycandan olan üzvü Həsən Həsənov ölkəmizin
qazandığı son
uğurlar barədə
iclas iştirakçılarına
ətraflı məlumat
verib.
Ermənilərin otuz
illik işğal dövründə Qarabağda
dini-mədəni irsimizə
qarşı törətdiyi
soyqırımından danışan
H.Həsənov məscidlərin
dağıdıldığını, talan edildiyini bildirib. Qeyd olunub ki, Prezident
İlham Əliyev yürütdüyü uğurlu
daxili və xarici siyasət nəticəsində Qarabağ
və Şərqi Zəngəzur düşmən
işğalından tam
azad edildi. Hazırda Şərqi Zəngəzurda və Qarabağda fasiləsiz bərpa-quruculuq işləri
həyata keçirilir.
Otuz il ərzində
doğma yurdlarına həsrət qalan keçmiş məcburi köçkünlərin əzəli
torpaqlarımıza qayıdışına
başlanılıb.
H.Həsənov bildirib
ki, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda,
Ağdərədə, Xocavənddə,
Əsgəranda da Dövlət Bayrağını
ucaltması ilə Azərbaycanın suverenliyi
tam bərpa olundu. O, Azərbaycanın
haqlı mövqeyini daim fəal dəstək verən Türk Dövlətləri
Təşkilatına, üzv
dövlətlərin hər
birinə təşəkkürünü
ifadə edib.
Qeyd olunub ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması və sülhün əldə olunması regionumuzun inkişafına
mühüm töhfə
verəcək. Lakin sülhə doğru aparan bu yol
bəzi qüvvələri
narahat edir. Azərbaycanın sülh çağırışlarına baxmayaraq, təəssüf
ki, Fransa erməniləri müharibəyə
təhrik edir.
TDT Ağsaqqallar Şurasının
sədri Binəli Yıldırım iclasın
yekunları ilə bağlı mətbuata bəyanatında Avrasiya coğrafiyasının geosiyasi
və iqtisadi əhəmiyyətinin gündən-günə
artmaqda olduğunu vurğulayaraq deyib: “Dünya gündəmində
ilk sıralarda yer alan mühüm
proseslərin məhz bu coğrafiyada yaşanması ölkələrimizin
strateji mövqeyinin və türk dövlətləri arasında
həmrəyliyin gücləndirilməsinin
önəmini daha da artırır. Bunu ən son
Azərbaycanın Qarabağ
məsələsində bir
daha gördük. Otuz il ərzində
BMT-nin həll edə bilmədiyi məsələ Azərbaycanın,
Prezident İlham Əliyevin iradəsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin dəstəyi
ilə döyüş
meydanın həll oldu, 44 günlük müharibə Zəfərlə
nəticələndi. Prezident
İlham Əliyevin Xankəndidə Azərbaycan
Bayrağını ucaltması
ilə “Qarabağ Azərbaycandır!” reallığı
bütün dünyaya
elan edildi, bu məsələ birdəfəlik həllini
tapdı”.
B.Yıldırım bu Qələbə münasibətilə Türk
dünyası ağsaqqallarının
Prezident İlham Əliyevə təbrikini diqqətə çatdırıb.
“Türk Dünyası birlikdə güclüdür. Bu ifadə artıq bir şüar deyil, liderlərimizin və xalqlarımızın inandıqları, şahid olduqları həqiqətdir”, - deyə TDT Ağsaqqallar Şurasının sədri bildirib.
Azərbaycan.-2023.-
21 oktyabr, ¹ 230. - S.6.