Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun bəyanatı

 

 

Çex Respublikası Senatının regionumuzda baş verən proseslərə dair qəbul etdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən qətnaməsi təəssüf doğurur. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupu olaraq, bu qərəzli qətnaməyə qəti etirazımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Növbəti dəfə erməni lobbisinin onun havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq. Halbuki, İşçi qrupu 18-20 oktyabr 2023-cü il tarixlərində Çex Respublikası parlamentində keçirdiyi görüşlərdə Ermənistanın siyasi hərbi təxribatları, Azərbaycanın sülh təşəbbüsləri, antiterror tədbirlərinin səbəbləri, mahiyyəti nəticələri, Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə görülən tədbirlər, sosial humanitaryönümlü fəaliyyətlər haqda çexiyalı həmkarlarını ətraflı şəkildə məlumatlandırmışdır.

Təəssüflər olsun ki, bəzi Avropa ölkələrinin, xüsusilə Avropa Parlamentindəki destruktiv qüvvələrin təsiri təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına sənədlərin qəbul edilməsinə rəvac verir. Bu fakt, öz-özlüyündə həmin sənədlərdə irəli sürülən iddiaların dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir.

Qəbul edilmiş qətnamə bir sıra məqamlarına görə xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Çex Respublikası Senatına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında da təsdiqlədiklərini xatırlatmaq istərdik. Qətnamədə mədəni tarixi abidələrə zərər yetirilməməsi ilə bağlı səsləndirilən çağırışa münasibətdə isə bildiririk ki, Azərbaycanda bütün mədəni dini abidələr heç bir ayrı-seçkilik edilmədən dövlət tərəfindən qorunmaqdadır. Biz, öz növbəmizdə, çexiyalı həmkarları Ermənistanın həm 30 il ərzində işğal altında qalmış torpaqlarımızda, həm indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni dini abidəni yerlə-yeksan etməsi məsələsinə diqqət yetirməyə çağırırıq.

Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupu olaraq, Çex Respublikası Senatının qəbul etdiyi bu qətnaməni bir daha qətiyyətlə rədd edirik”.

 

Azərbaycan.-2023.- 19 oktyabr, №228- S.12.