Qarabağda ucalan bayraqlarımız vüqarımızdır
Qarabağ
və Şərqi Zəngəzur dirçəliş
yolundadır
"Dövlət müstəqilliyinin
qorunması və suverenliyin təmin edilməsi ölkə rəhbərindən çox
asılıdır. Rəhbər
düşünülmüş, reallıqlara əsaslanan siyasi gedişləri ilə ölkəni çiçəkləndirə, inkişaf etdirə, əks halda, şovinist, insanlığa
yad addımları ilə isə öz xalqını uçuruma yuvarlandıra bilər. Biz bunu Azərbaycan-Ermənistan
müqayisəsində aydın
görə bilərik".
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyir
ki, bu qələbələr
möhtəşəm və
unudulmazdır: "Biz
qalibik, mübarizik, inkişafdayıq və dünyada söz sahibiyik. Ermənistan isə məğlubdur, dalandadır, onun-bunun kölgəsindədir, müstəqil
deyil, riyakar və xəyanətkardır".
Qəzetimizə açıqlamasında
komitə sədri deyib ki, bu
zəfərlərin müəllifi
kimi Prezident İlham Əliyevin gərgin fəaliyyəti,
uzaqgörən siyasəti
sayəsində dövlətimiz
dünyanın ən inkişaf etmiş ölkələrindən birinə
çevrilib. Onun sözlərinə görə,
Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dünya üçün bir örnəkdir. Çünki
bu fəaliyyət ədalətə, haqqa, bəşəri dəyərlərə,
humanizmə, demokratiyaya,
insan azadlığına,
inkişafa və xoşbəxt gələcəyə
hesablanmışdır. Prezident,
Ali Baş Komandan İlham Əliyev ölkə rəhbəri kimi 20 illik fəaliyyətinin hesabatını Xankəndidə,
Ağdərədə, Xocalıda,
Xocavənddə və
işğaldan azad olunmuş digər ərazilərdə Azərbaycan
bayrağını ucaltmaqla
verdi. Prezident Ulu Öndərin, şəhidlərin ruhunu sevindirdi. Yurdlarından didərgin salınan insanların ağrılarına,
acılarına məlhəm
qoydu, Azərbaycan xalqını, bütün
türk dünyasını
qürurlandırmaqla, sevindirməklə
bərabər, həm
də öz müqəddəs borcunu, vəzifəsini yerinə yetirdi.
Tahir Rzayev vurğulayıb ki, işğal altında olan bütün ərazilərdə Azərbaycan
bayrağının dalğalandırılacağı
arzusu ilə 20 il yollar axtaran,
planlar quran, siyasi gedişlər edən Prezidentimizin qələbə sevincli çıxışında səsləndirdiyi
fikirlər ürəkləri
riqqətə gətirməklə
yanaşı, dövlətimizin
rəhbərinin müdrikliyini,
humanistliyini, vətənə,
torpağa, xalqa bağlılığını bütün dünyaya nümayiş etdirdi: "Prezidentimiz göstərdi ki, fəaliyyəti dövründə qələbələrin
qazanılması, iqtisadiyyatın
dinamik inkişafı,
ordunun formalaşması
və təkmilləşdirilməsi,
xalqın birliyi, ölkənin beynəlxalq
aləmdə söz sahibi olması üçün möhkəm
zəmin yaradılmış,
çox mühüm iqtisadi-sosial layihələr,
proqramlar həyata keçirilmişdir. 44 günlük
müharibənin, 23 saatlıq
antiterror tədbirlərinin,
görüşlərin, müzakirələrin
uğurları, suverenliyimizin
və müstəqilliyimizin
qorunub möhkəmləndirilməsi,
bütün ərazilərimizdə
bayraqlarımızın dalğalanması
məhz yaradılmış
möhkəm zəminin nəticəsidir".
Komitə sədri,
həmçinin ölkəmizin
haqlı, ədalətli
mübarizəsinə, torpaqlarımızın
işğaldan azad edilməsinə qarayaxanlardan
da bəhs edib. Deyib ki,
başda Fransa olmaqla bəzi Avropa ölkələri, onların hakimiyyət dairələri bir çox hallarda hadisələrə ikili standartlardan yanaşır,
ədalətsiz mövqe
nümayiş etdirir, ermənilərin puluna, maliyyə vəsaitlərinə
allanaraq anti-Azərbaycan
təbliğatını gündən-günə
genişləndirirlər. Avropa
Parlamentinin, AŞ PA-nın
son günlərdə
qəbul etdikləri qətnamələr, bəzi
beynəlxalq təşkilatların
qərarları göstərir
ki, bu qurumlar
münasibətlərin yaxşılaşdırılmasına,
münaqişələrin qarşısının
alınmasına deyil,
əslində, yeni müharibə ocaqlarının
qızışdırılmasına, xalqların bir-birinə qarşı qoyulmasına xidmət edirlər.
Tahir Rzayev qeyd edib ki,
Azərbaycan Prezidenti yalana, böhtana hesablanan qərarların, bəyanatların cavabını
işğaldan azad olunan şəhər və rayonlarımızda,
ərazilərimizdə üçrəngli
bayrağımızı ucaltmaqla,
xalqımızı qürurlandırmaqla
verir. Qəbul olunmuş saxta bəyanatları, qərarları
rədd edir və həmin sənədlərin heç
bir hüquqi normaya əsaslanmadığını
bildirməklə öz
siyasətini uğurla
davam etdirir.
N.QAFARZADƏ,
Azərbaycan.-2023.-
21 oktyabr, ¹230- S.8.