Qarabağ və Şərqi Zəngəzurun quruculuğu
Azərbaycanın qüdrətinin
dinc meydandakı ifadəsidir
Azərbaycanın yenilməz
gücü və yüksək potensialı təkcə hərb meydanında deyil, Qarabağ və Şərqi Zəngəzurda
aparılan tikinti-quruculuq
işlərində də
özünü göstərir.
İkinci Qarabağ savaşından qısa müddət sonra işğaldan azad edilmiş ərazilərdə
başlanılan bərpa
və quruculuq işləri böyük sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan
ən müasir infrastruktur yaradılır,
yeni yollar, tunellər, hava limanları, elektrik stansiyaları tikilir, kəndlər, qəsəbələr
salınır.
Milli Məclisin
deputatı Arzu Nağıyev qəzetimizə
açıqlamasında Qarabağda
və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma
və bərpa işləri barədə
danışıb. Bildirib
ki, Azərbaycanın suverenliyi tam bərpa edilib, torpaqlarımız işğaldan
azad olunub. İndi əsas gözləntimiz Azərbaycan
və Ermənistan arasında sülh müqaviləsinin imzalanması,
Zəngəzur dəhlizi
və bir sıra kəndlərlə
bağlı məsələlərin
həllini tapmasıdır.
Əsas milli prioritetimiz isə azad olunmuş ərazilərimizin bərpasıdır.
"44 günlük Vətən müharibəsi
başa çatandan qısa müddət sonra ərazilərimizdə
minalardan təmizlənmə
prosesinə və dinc quruculuq işlərinə başlanıb.
Artıq strateji əhəmiyyətli iki hava limanının tikintisi başa çatıb və istismara verilib. Həmçinin Şuşa
şəhəri, Füzuli,
Zəngilan, Cəbrayıl
və digər istiqamətlərdə çox
mühüm işlər
həyata keçirilib.
Hazırda işğaldan
azad olunmuş bütün ərazilərimizdə
yeni infrastruktur layihələri həyata keçirilir, müxtəlif
rayon və kəndlərdə yolların
çəkilməsi, tunellərin
tikilməsi, yeni yaşayış məntəqələrinin
salınması, mədəni
və dini abidələrimizin yenidən
bərpası istiqamətində
mühüm addımlar
atılır", - deyə
deputat qeyd edib.
Arzu Nağıyevin
sözlərinə görə,
işğaldan azad edilmiş ərazilərimizdə
aparılan quruculuq işləri, cənab Prezidentin verdiyi tapşırıqların icrası,
eyni zamanda Prezident və xanımı Mehriban Əliyevanın iştirakı
ilə reallaşdırılan
təməlqoymalar, onların
dəfələrlə həmin
ərazilərə səfərləri
ilə daha böyük əhəmiyyət
kəsb edir. Görülən işlər
həm də ona görə qiymətlidir ki, bu prosesin son
nöqtəsi Böyük
qayıdışın tezliklə
başa çatdırılmasına
hesablanıb.
Deputat vurğulayıb
ki, Azərbaycan dövləti vaxtilə erməni qəsbkarlarının,
təxribatçı və
terrorçularının xalqımıza
qarşı törətdikləri
amansız qətllərinin,
barbar davranışlarının
fəsadlarının aradan
qaldırılması üçün
bütün tədbirləri
görür: "Postmüharibə
dövründə aparılan
dinc quruculuq işlərinə fasilə
verilmir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə
mütəmadi olaraq səfər etməsi Böyük qayıdışı
daha da sürətləndirir.
Dövlət başçısı
yeni layihələrin həyata keçirilməsinə
birbaşa özü nəzarət edir. Biz dünyaya sübut edirik ki, döyüşərək
öz ərazi bütövlüyümüzü bərpa etməyi bacardığımız kimi,
dinc quruculuq işlərini də ən yüksək səviyyədə həyata
keçirməyi yaxşı
bilirik".
Arzu Nağıyev
deyib ki, Qarabağ və Şərqi Zəngəzurda
aparılan quruculuq işlərinin dünya standartlarına uyğun şəkildə aparılması
xüsusi önəm kəsb edir: "Biz azad edilmiş
ərazilərimizdə gördüyümüz
işlərlə və
reallaşdırdığımız mühüm layihələrlə
həm də vaxtilə xalqımızın
bu torpaqlardakı izini itirmək istəyən ermənilərə
və onların havadarlarına dərs veririk. Bunu bütün
dünya, habelə dostlarımız və düşmənlərimiz də
görür. Sözsüz
ki, işğaldan azad olunmuş ərazilərdə həyata
keçirilən quruculuq
işləri dostlarımızı
sevindirəcək, düşmənlərimizi
isə kədərləndirəcək
qədər böyükmiqyaslıdır.
Bu, Ermənistan və havadarlarına ciddi dərs olmalıdır".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
21 oktyabr, №230- S.8.