Avstriya
Parlamentinin birtərəfli
bəyanatı bu ölkənin beynəlxalq
aləmdə neytral mövqeyinə ziddir
Azərbaycan-Avstriya parlamentlərarası
əlaqələr üzrə
işçi qrupu Avstriya Parlamentinin
2023-cü il 19 oktyabr tarixli birtərəfli, regionda baş verən hadisələri obyektiv əks etdirməyən, beynəlxalq
hüquq normalarına
və beynəlxalq aləmdə Avstriya Respublikasının neytral
mövqeyinə zidd olan bəyanatına qəti etirazını bildirir və regionda etimad və sülh yaradıcı fəaliyyəti
hədəf alan bu hərəkəti şiddətlə qınayır.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan-Avstriya
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun bəyanatında
bildirilib.
Qeyd olunub ki, Avstriya Parlamentinin
qəbul etdiyi bəyanatda Azərbaycanın
öz suveren ərazisində terrorçuluqla
mübarizəsi, antiterror
tədbirləri zamanı
mülki əhalinin ziyan çəkməməsi,
Qarabağın erməni
əsilli sakinlərinin
könüllü olaraq
Ermənistana keçməsi,
Qarabağı tərk
etməyərək orada
qalan insanlara Azərbaycanın hər cür yardım etməsi, reinteqrasiya prosesi üçün xüsusi portalın yaradılması və Azərbaycan Prezidenti Administrasiyasının reinteqrasiya
üçün xüsusi
plan bəyan etməsi ilə bağlı həqiqət
və faktlar nəzərə alınmayıb,
regionda mövcud olmuş münaqişənin
kökündə dayanan
Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə
münasibətdə törədilmiş
hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz
qalması əksini tapmayıb.
“2023-cü il 18 oktyabr
tarixində Avstriya Parlamentində deputatlarla görüş zamanı bütün bu məsələlər və
faktlar tərəfimizdən
sübutlarla onların
diqqətinə çatdırılmış
və deputatları maraqlandıran bütün
suallara cavab verilmişdir.
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edirik. Hesab edirik ki, bu cür bəyanatlar Ermənistandakı revanşist qüvvələri Azərbaycana qarşı fəaliyyətlərə təhrik edir və heç bir halda Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etmir”, - deyə bəyanatda vurğulanıb.
Azərbaycan.-2023.- 21 oktyabr, №230- S.7.