Avropada bəzi təşkilatların
və dövlətlərin
Anti-Azərbaycan mövqeyi
riyakarlıqdır
"Avropa Parlamentinin
və bir sıra dövlətlərin,
o cümlədən Fransa,
Lüksemburq, İsveçrə,
İspaniyanın yüngül,
bir o qədər də dayaz və
özünü biabır
edən qərəzli
qərarları, qətnamələri,
bəyanatları bizə
çoxdan məlumdur.
Biz, həmçinin beynəlxalq hüququn hansı gücə sahib olduğunu, kimlərin əlində oyuncağa çevrildiyini
də çox yaxşı bilirik".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Avropa
Parlamentinin, eyni zamanda bir sıra
dövlətlərin qərəzli
qərarlarına və
yanaşmalarına münasibət
bildirərkən Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyasının sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Deputat qeyd edib ki, Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etməsindən
əndişələnən, yersiz
bəyanatlar səsləndirən,
hətta buna görə yuxusu ərşə çəkilən
dövlətləri, ölkəmiz
30 il münaqişənin
sülh yolu ilə həll edilməsinə cəlb etmişdi, amma bunun heç bir faydası belə olmamışdı:
"Nəticədə nə
gördük?! Əllərindən
bir iş gəlmədi, yalnız mənasız danışıqlar
apardılar, bir milyondan artıq məcburi köçkünün
hüquqlarını düşünmədilər.
Elə ona görə də həmin ölkə və təşkilatların
insan hüquqları ilə bağlı fikirlərinə inanmaq mümkün deyil. Niyə o zaman beynəlxalq hüquqa istinad etmirdilər?! Məgər BMT-nin məlum qətnamələrindən
xəbərləri yox
idi?! Vaxtı 30 il uzatmaqda məqsədləri
nə idi?! Elə bilirdilər ki, Azərbaycan torpaqlarını Ermənistana
ərmağan edəcək?
AHİK sədri vurğulayıb
ki, bütün bunların fonunda işğalçı, azərbaycanlılara
qarşı soyqırımları
törətmiş Ermənistanın
havadarları məğlub
oldular. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu təcavüzkar dövlətin bütün
işğal planlarını
puça çıxararaq
bölgəni bataqlıqdan
xilas etdi, yeni vəziyyət formalaşdırdı. Bu gün riyakar xarici qüvvələr istəsələr də,
istəməsələr də
bu reallıqları qəbul etməyə məcburdurlar, çünki
bu reallıq dəyişməzdir, beynəlxalq
hüquqa əsaslanır,
sülh və təhlükəsizliyə, tərəqqiyə,
yeni inkişafa istiqamətlənib.
Deputatın fikrincə,
Avropa Parlamentinin Azərbaycan əleyhinə
qəbul etdiyi qərəzli qətnamə
isə orada oturanların, sənədin
lehinə səs verənlərin bölgədəki
proseslərdən xəbərsiz
olduqlarını göstərir:
"Nə qədər
gülünc olsa da, təşkilatın qətnaməsində iddia
olunub ki, bölgədə beynəlxalq
hüquq və normalar pozulub. Əgər iddialarında haqlıdırlarsa, bununla bağlı bir fakt ortaya qoysunlar.
Nə qədər utanmaz və abırdan-həyadan kənar
olasan ki, beynəlxalq hüquqdan danışasan. Məgər
bunu bütün məsələlərdə ayaqlar
altına atan onlar deyilmi?! Dünyanın müxtəlif
yerlərində qərəzli
mövqelərini yeritmək
üçün artıq
beynəlxalq hüquqa
geyindirmədikləri don
qalmayıb".
S.Möhbalıyev bildirib
ki, Qərb dairələri indi Azərbaycanı Qarabağda
"etnik təmizləmə"də
günahlandırır. Halbuki
Qarabağda yaşayan
erməni sakinlərin
ərazidən könüllü
şəkildə getdiyi
hamıya məlumdur, bu, göz qarşısında
baş verdi: "Bəs bizə qarşı absurd ittihamlar səsləndirənlər
30 il əvvəl Ermənistanın azərbaycanlılara
qarşı apardığı
etnik təmizləməni
görməyiblər?! Daha
əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və indi Ermənistan
adlanan ərazidə həyata keçirilib. 200
minə yaxın insan ata-baba yurdlarından didərgin salınıb, əmlakları
mənimsənilib. İndi
biz onların gözünə hansı ölçüdə eynək
taxaq ki, bu həqiqətləri görə bilsinlər?"
Deputatın sözlərinə
görə, Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən iclasında
Avropa İttifaqı nümayəndə heyətinin
Ermənistan-Azərbaycan münasibətlərinə
dair bəyanatla çıxışı qəzəb
doğurur. Bu bəyanatda artıq arxivə qovuşmuş ifadələrdən, yalan
və əsassız
"blokada"dan danışılır:
"Təbii ki, Avropa Parlamentinin, Avropa Şurası Nazirlər komitəsinin, bəzi dövlətlərin
utanmaz, mənasız,
rüşvət qoxuyan
qərarlarının, bəyanatlarının
Azərbaycan dövlətinə
təsiri olmaz, ölkəmizi haqq yolundan döndərə bilməz. Bizim yolumuz düzgün yoldur və beynəlxalq hüquqa əsaslanır. Biz onlara tövsiyə edərdik ki, erməni lobbisinin çaldığı havalara
oynayaraq özlərini
gözdən salmasınlar",
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
21 oktyabr, №230- S.9.