Erməni tribunasına çevrilən
təşkilat
Səlibçi hücumları Avropa Parlamentinə yalnız utanc gətirir
44 günlük Vətən
müharibəsindən və
Qarabağ bölgəsində
antiterror tədbirlərinin
keçirilməsindən sonra
ölkəmizə qarşı
qərəzli mövqedə
dayanan müxtəlif dövlətlər və beynəlxalq qurumlar daha da "fəallaşıblar".
Belə ki, Qərb dairələri tərəfindən Azərbaycanı
"etnik təmizləmə"
siyasəti həyata keçirən ölkə
kimi təqdim etmək cəhdləri son zamanlar özünü
daha çox büruzə verir.
Bu xətt Avropa Parlamentinin, xüsusən də Fransanın mövqeyində
aydın görünür. Ermənipərəst
Fransanın təşəbbüsü
ilə Avropa Parlamentinin ard-arda Azərbaycana qarşı qəbul etdiyi riyakar bəyanatlar da bunun bariz
nümunəsidir.
AP-nin rüşvətxor
deputatları erməni
lobbisinin puluna olan hərisliklərindən
ölkəmizə qarşı
ədalətsiz yanaşma
sərgiləyirlər. Avropa
Parlamenti faktiki olaraq, erməni yalanlarının ayaq açıb yeridiyi platformaya çevrilib. Bu qurumun yaxın
günlərdə tribunasında
Ermənistanın baş
naziri Nikol Paşinyanın Azərbaycanı
ittiham edən çıxışına dəstək
verməsi də bunu bir daha
təsdiqləyir.
Milli Məclisin
deputatı Aydın Mirzəzadə məsələ
ilə bağlı
"Azərbaycan" qəzetinə
açıqlamasında deyib
ki, Avropa Parlamenti çox vaxt öz səlahiyyətinə
aid olmayan məsələlərə
münasibət bildirir.
Bu təşkilat sanki Avropanın bütün problemlərini
həll edib və üzərinə düşən vəzifələri
artıqlaması ilə
yerinə yetirib, indi isə başqa
məsələlərə keçib: "Bu yanaşma Azərbaycanla bağlı münasibətdə
də özünü
daha bariz göstərir. Qurum vaxtaşırı ölkəmizlə
əlaqədar düzgün
olmayan, həqiqətləri
təhrif edən, dövlətimizin müstəqilliyinə
qarşı yönələn
təhdid dolu bəyanatlar qəbul edir. Bu yolverilməzdir.
Belə hərəkətlər
Azərbaycanın suveren
hüquqlarını qorumaq
qətiyyətini zəiflətmək
məqsədi güdür".
Avropanın müəyyən
dairələrinin Azərbaycanın
müstəqil siyasət
yürütməsini həzm
edə bilmədiyini qeyd edən deputat deyib ki,
onlar çox istəyirlər ki, Azərbaycanın təbii
sərvətləri transmilli
şirkətlərin ixtiyarında
olsun, dövlətimizin
daxili və xarici məsələləri
Avropanın müəyyən
paytaxtlarındakı kabinetlərdə
müzakirə edilib qərar qəbul olunsun. Amma bunların
heç biri qətiyyən olmayacaq. Azərbaycan müstəqilliyini
ona görə bərpa etməyib ki, kimlərinsə təsiri altında olsun: "Kimin nə qətnamə qəbul etməsindən, qərəzli münasibətindən
asılı olmayaraq, Azərbaycan müstəqil
siyasətini davam etdirəcək. Beynəlxalq
birlikdə yüksək
nüfuzunu daha da artıracaq. Avropanın müəyyən
dairələrinin Azərbaycana
qarşı qərəzli
mövqeyinə baxmayaraq,
biz bu tezlikdə
Avropa ölkələri
ilə münasibətlərimizi
daim yaxşılaşdırmaqda,
ikitərəfli əlaqələri
daha yüksək səviyyəyə qaldırmaqda
maraqlıyıq".
A.Mirzəzadə bildirib
ki, Azərbaycan bundan sonra da
dost Avropa ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə
diqqət edəcək.
Müəyyən dairələrin
Azərbaycan əleyhinə
fəaliyyətinə tarix
həmişə mənfi
qiymətini verib və bundan sonra da verəcək.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
21 oktyabr, №230- S.9.