Fransanın
işğalçı ölkə
olmasına heç bir şübhə yoxdur
Qurtuluş arzusunda olan bəzi xalqların bu ölkə tərəfindən çəkdikləri
müsibətlər bunu
deməyə əsas verir
Fransanın özünü
dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi
təqdim etmək cəhdləri ona görə qeyri-səmimi,
hətta gülünc
görünür ki, bu ölkənin tarixi müstəmləkəçilik
siyasəti yürütməklə,
soyqırımları törətməklə,
insanlara verdiyi zülmlərlə, işgəncələrlə
"zəngindir".
Afrika ölkələrində
müsəlman əhaliyə
qarşı dəhşətli
qırğınlar törədən,
təkcə Əlcəzairdə
1,5 milyondan artıq insanı amansızlıqla
qətlə yetirən
Fransa indi də işğalçılıqdan,
soyğunçuluqdan, zalımlıqdan
əl çəkməyib.
Hələ də müstəmləkəsi altında
saxladığı dövlətlər,
zülmlərindən cana
doymuş xalqlar var.
Yüz illərdir
ki, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Fransanın mənfur əməllərindən
biri də xalqlar arasında sülhün əldə edilməsinə, sabitliyin,
əmin-amanlığın bərqərar olmasına hər vasitə ilə mane olmağa çalışmasıdır.
Belə görünür
ki, bu müstəmləkəçi
dövlət özü
kimiləri - işğalçıları,
cinayətkarları dəstəkləyir.
Azərbaycanın mövqeyi
isə hər zaman dəyişməzdir.
Dövlətimiz, xalqımız
bütün dünyada
sülhə nail olunmasını, xalqların
təhlükəsiz şəraitdə,
əmin-amanlıq içərisində,
azad yaşamasını
istəyir və buna səy göstərir.
Dünən Bakıda
keçirilən "Neokolonializm:
İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik" mövzusunda
beynəlxalq konfransın
iştirakçılarına müraciətində Prezident
İlham Əliyev bəyan etdi ki, Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından
olduqca narahatdır. Dövlətimizin başçısı
bildirib ki, Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə
rəğmən kolonializmi
hələ də davam etdirən ölkələr var, belə ölkələrdən
biri və birincisi Fransadır. Prezident İlham Əliyev müraciətində
Afrika, Cənub-Şərqi
Asiya, Sakit okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini
talan edən, xalqlarını uzun illər əsarətdə
saxlayan Fransanın həmin ərazilərdə
hərbi və bəşəriyyət əleyhinə
çoxsaylı cinayətlər
törətdiyini, fransız
silahlı qüvvələrinin
etnik və dini mənsubiyyətinə
görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoyduğunu qeyd etdi: "XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın,
6 il ərzində isə Əlcəzairdə
17 nüvə sınağı
həyata keçirilmişdir.
Həmin nüvə sınaqlarının ağır
fəsadları Polineziya
və Əlcəzair xalqı tərəfindən
bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun
olaraq nüvə sınaqlarının vurduğu
ziyan qiymətləndirilməlidir
və Fransa tərəfindən müvafiq
təzminatlar ödənilməlidir".
Fransa dünyada
ən çox mina istifadə etmiş ölkələrdən
biri kimi də çox faciələr törədib.
Əlcəzairin dünyada
mina partlayışından
ən çox əziyyət çəkən
ölkələr sırasında
ön yerlərdən
birini tutmasının
da səbəbkarı
Fransadır. Prezident İlham Əliyev müraciətində vurğuladı
ki, bu siyahıda
Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan
gəlir: "Ermənistan
işğal etdiyi Azərbaycan ərazilərində
basdırdığı minalar
nəticəsində təkcə
son 3 ildə 340-a yaxın azərbaycanlı
mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki
ölkəni bir-birinə
belə sıx bağlayan səbəblərdən
biri də hər iksinin mina terroru ilə
məşğul olmaq
təcrübəsidir".
Dövlətimizin başçısı
bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri
kimi kolonializmə qarşı mübarizə
aparan və azad olmağa çalışan xalqları
dəstəkləyir.
14 ölkənin, eləcə
də Fransanın müstəmləkə altında
saxladığı dənizaşırı
ərazilərinin, həmçinin
Korsikanın təmsilçilərinin
iştirakı ilə
düzənlənən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması
və Ədalətsizlik"
mövzusunda beynəlxalq
konfransda çıxış
edən Korsika təmsilçisi Jean-Marc Rodriguez
xalqının başına
gətirilən müsibətlərdən
danışdı. O, Fransanın
illər boyu müstəmləkə altında
saxlayaraq beynəlxalq cinayətlər törətdiyi
Korsikada müstəqillik
istəyənlərin ya
həbs edildiyini, ya da öldürüldüyünü
dedi.
Fransa müstəmləkəsinə
çevirdiyi ölkələrdə
yalnız torpaqları
işğal altında
saxlamır, həm də orada yaşayan
yerli sakinlərin dilini, tarixini, mədəniyyətini təhrif
edir, gənclərini öz soy-kökündən
uzaqlaşdırmağa çalışır.
Korsikada da eyni siyasətin həyata keçirildiyini
Jean-Marc Rodriguez vurğuladı:
"Mənim Vətənimdə
azadlıq üçün
cəsarətlə mübarizə
aparan qəhrəmanlar
var. Ancaq həmin şəxslərin
adı bizim tarix kitablarımıza əlavə olunmayıb. Fransa öz koloniyalarında xalqların
dilini, mədəniyyətini
ləğv etmək, bizim millətçilik hisslərimizi məhv etmək istəyir. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib.
Fransa illər boyu bizə yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir. Səsvermə və demokratiya Fransanın uzaq olduğu anlayışlardır. Bütün
beynəlxalq təşkilatlardan
Korsikanın suverenliyinin
təmin olunması üçün kömək
istəyirik".
Fransanın uzun
illərdir davam edən müstəmləkə
siyasətindən əziyyət
çəkənlərin etiraz
səsini beynəlxalq
konfransında çıxışında
Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo belə dilə gətirdi: "Biz Fransanın inteqrasiyasını, assimilyasiya
istəmirik".
Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatını təmsil
edən Klodet Düamel Fransanın ölkəsinin və xalqının azadlığı
uğrunda mübarizə
aparmağa çalışan
Martinika gənclərini
amansızcasına cəzalandırdığını
diqqətə çatdırdı.
Bildirib ki, son 400 ildə Fransa Martinika əhalisini nəinki azadlıqdan məhrum edib, həm də qəsdən əhalinin sağlamlığına
çox böyük ziyan vurub. Klodet
Düamel buna görə də indi təkcə azadlıq üçün
deyil, həm də gələcək nəsillərin sağlamlığı
üçün mübarizə
apardıqlarını söylədi.
Beynəlxalq konfransdakı
çıxışlarda Fransanın
müstəmləkə siyasəti,
ədalətsiz mövqeyi,
qanunların aliliyini heçə sayması bir daha dünya
ictimaiyyətinin diqqətinə
çatdırıldı. Fransanın
işğalından, zülmlərindən
qurtulmaq ən böyük arzuları olan xalqların nümayəndələrinin haqq
səsinə beynəlxalq
təşkilatların səs
verəcəkləri təqdirdə
ədalət yerini tutar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.- 21 oktyabr, №230- S.9.