Qarsda
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Azərbaycan Respublikasında
2023-cü ilin "Heydər
Əliyev ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama
uyğun olaraq Türkiyənin Qars şəhərində Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
18-19 oktyabr tarizində Qars Qafqaz Universiteti,
Azərbaycan Respublikasının
Türkiyə Respublikasındakı
səfirliyi, Azərbaycan
Respublikasının Elm
və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Qarsdakı
Baş Konsulluğu, Diasporla İş Üzrə Dövlət Komitəsi, Elger Elm və Təhsil
Mərkəzi, Əskişəhər
Azərbaycanlılar Dərnəyi,
Türkiyə-Azərbaycan dərnəkləri
federasiyası, İğdır
Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfransa 12 ölkədən
100-dən çox elm
adamı qatılıb.
Dövlət müstəqilliyinin
bərpasının 32-ci ildönümünə
təsadüf edən
Ulu Öndərin 100 illik yubiley mərasimi Azərbaycan
və Türkiyənin
dövlət himnlərinin
səsləndirilməsi ilə
başlayıb. Qars Qafqaz Universitetinin rektoru Prof.Dr Hüsnü Kapu və Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin
giriş nitqləri ilə başlayan konfransın plenar iclasında tədbirin təşkilat komitəsinin
sədri dosent İlkin Qulusoy, Azərbaycanın Türkiyədəki
səfirliyinin təhsil
müşaviri Nəcibə
Nəsibova, Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin təmsilçisi
Müjdat Həsənov,
Əskişəhər Azərbaycanlılar
dərnəyinin sədri
Cavid Aydın çıxış edərək
konfransın işinə
uğurlar arzulayıblar.
Azərbaycan ali
təhsil müəssisələri
adından Bakı Dövlət Universitetinin,
Azərbaycan Dövlət
İqtisad Universitetinin,
Azərbaycan Dillər
Universitetinin, Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin prorektorlarının
təbrik nitqləri dinlənilib.
Konfransın plenar
iclasında professor Toğrul İsmayıl, professor Yusuf Bayraktar və dosent Elman Cəfərli mövzu ilə bağlı məruzələr
edib, dahi Öndərin Azərbaycançılıq
və dövlətçilik
irsi geniş təhlil olunub.
Üç bölmədə
işini davam edən konfransda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik, elm,
təhsil, mədəniyyət,
ordu quruculuğu, gənclər siyasəti, multikulturalizm və digər sahələrdə
həyata keçirdiyi
islahatlarından bəhs
olundu, foto və video təqdimatlar
edilib.
Azərbaycandan iki
universitetin- Naxçıvan
Dövlət Universitetinin
dosenti, filologiya üzrə fəlsəfə
doktoru Surə Seyidin "Heydər Əliyev və Şərq qapısı"
qəzeti", Azərbaycan
Dövlət İdman
Akademiyasının baş
müəllimi, pedaqogika
üzrə fəlsəfə
doktoru Müjkan Məmmədzadənin "Heydər
Əliyev və hərbi təhsil siyasəti" mövzusundakı
elmi məruzələri
də maraqla qarşılanıb.
Məruzələrdən sonra konsert proqramı
nümayiş olundu, Azərbaycan xalq musiqilərindən seçmələr
səsləndirilib. Konfrans
çərçivəsində qonaqlar Qars Qafqas
Universitetində qurulan
Heydər Əliyev Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti ilə tanış olublar. Konfransdan sonra Azərbaycanın Qarsdakı
Baş Konsulluğunun
təşkilatçılığı ilə konfrans iştirakçılarına ziyafət
təşkil edilib, Qars Qafqas Universitetində
fəaliyyət göstərən
"Azərbaycan rəqs
qrupu"nun konsert
proqramı nümayiş
olunub. Konfrans iştirakçılarına Heydər
Əliyevin 100 illik yubiley plaketi və diplomlar təqdim edilib.
Qeyd edək ki, Ümummilli
Lider Heydər Əliyevin Qarsa səfəri zamanı Onun təşəbbüsü
ilə Qars Qafqaz universitetində Azərbaycan türkcəsi
və ədəbiyyatı
ixtisası yaradılıb.
18 ildir fəaliyyət
göstərən bu ixtisasın bakalavriat pilləsi üzrə bugünədək yüzlərlə
məzunu olub.
2014-cü ildən ixtisas
magistratura pilləsi üzrə də kadr hazırlığı
işi həyata keçirməkdədir.
Surə Seyid
NAXÇIVAN
Azərbaycan.-2023.-
21 oktyabr, №230- S.10.