"Azərişıq" Türkdilli dövlətlərin
energetiklərini Hadrutda
bir araya topladı
"Azərişıq" ASC-nin Hadrutda təşkil
etdiyi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənc
energetikləri arasında
"Paylayıcı Şəbəkələrin
Rəqəmsal Transformasiyası"
I Beynəlxalq Peşə
Ustalığı Yarışması
keçirilib.
Tədbirə Azərbaycanla
yanaşı Qazaxıstan,
Qırğızıstan, Tatarıstan,
Türkiyə və Özbəkistandan energetiklərdən
ibarət komandalar qatılıb. Qardaş ölkə Türkiyədən
iki komanda “Uludağ” və “Başkənt" yarışlarda
iştirak edib.
Yarış iştirakçıları
ilk olaraq Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət
ediblər.
Tədbir iştirakçıları
daha sonra açılış mərasimində
iştirak etmək üçün Hadruta yola düşüblər.
Yarışlardan əvvəl
iştirakçı ölkələri
təmsil edən nümayəndə və yerli energetiklərin iştirakı ilə Hadrutda dəyirmi masa keçirilib. Azərenerji və “Azərişıq” ASC-nin işğaldan azad edilimiş ərazilərdə
elektroenergetika sahəsində
tətbiq etdiyi innovativ yeniliklər və Türkdilli ölkələrin energetikləri
arasında gələcək
əməkdaşlıqla bağlı
fikir mübadiləsi aparılıb.
Açılış mərasiminə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verildi. Daha sonra dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında "Azərişıq" ASC tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma işləri haqda məlumat verilib. Həmçinin Umummilli lider Heydər Əliyevin Azərbaycanın enektroenergetikasının inkişafındakı müstəsna rolundan bəhs edən film nümayiş etdirilib. Rəsmi hissə başa çatdıqdan sonra gənc energetiklər arasında I Beynəlxalq Peşə Ustalığı Yarışmasına start verilib.
Yarışların ilk günündə elektroenergetikanın tarixi,
inkişafı və müasir vəziyyəti mövzusunda tərtib olunan intellektual suallar cavablandırılıb.
İntekllektual yarışma
başa çatdıqdan
sonra xarici qonaqlar istifadəyə verilən Hadrut Qovşaq Yarımstansiyası
və Rəqəmsal İdarəetmə Mərkəzi
ilə tanış olublar. Tədbir iştirakçılarına ən
müasir avadanlıqlarla
təchiz edilən Mərkəz haqda ətraflı məlumat verilib.
Ümummilli lider
Heydər Əliyevin
100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin
gənc energetikləri
arasında “Paylayıcı
Şəbəkələrin Rəqəmsal Transformasiyası”
I Beynəlxalq Peşə
Ustalığı Yarışmasının
ikinci günündə
iştirakçılar peşə
bacarıqlarını nümayiş
etdiriblər. Qalib iştirakçılar müxtəlif
nominasiyalar üzrə
kubok və diplomla mükafatlandırılıb.
Onu da qeyd edək ki, Tatarıstan Elektrik Şəbəkələr Şirkətinin baş direktoru İlşat Fardiyevin təklifi ilə Beynəlxalq Peşə Ustalığı Yarışması növbəti il Tatarıstanda təşkil olunacaq.
Azərbaycan.-2023.-
21 oktyabr, ¹230- S.10.