Xarabalıqlarda
tikilən ağıllı
kəndlər 5-ci nəsil
texnologiyalarla qurulur
Ermənistan Azərbaycanın
qədim yurd yeri, zəngin mədəniyyət məbədi
sayılan Qarabağda
30 il at oynatdı, yurd yerlərimizi viran qoydu. Faşizm ideologiyası ilə "yüklənən" ermənilər
Azərbaycanın tarixini,
mədəni irsini silməyə çalışaraq,
Qarabağ ərazilərində
kəndləri, şəhərləri,
qəsəbələri, yaşayış
binalarını, məktəblərı,
xəstəxanaları, tarixi
abidələri, məzarlıqları
və məscidləri
məhv etdilər.
Mənfur qonşularımız
zaman-zaman soyqırımı
törətdilər, dinc,
əliyalın insanlara
qarşı amansızlıq
etdilər. İşğal
etdikləri torpaqlarımızdan
nə xoşluqla çıxdılar, nə
də beynəlxalq hüquqa məhəl qoydular. Sonda silahlar işə düşdü. Heç vaxt məğlubiyyətlə
barışmayan Azərbaycan
44 günlük müqəddəs
Vətən müharibəsini
zəfərlə başa
vurdu. Tarixi zərurət olan bu zəfərin mənbəyi Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi qətiyyətli siyasəti,
cəsarətli addımları,
güclü dövlət
və ordu strategiyası qurması idi. Müzəffər ordumuz Azərbaycan xalqının tarixinə ən şanlı, şərəfli və qürurverici səhifəsini
yazdı. Ordumuzun işğalçı erməni
ordusuna qarşı apardığı 44 günlük
müharibə milli şüurun, xalq və ordu birliyinin
təcəssümünə çevrildi.
Zəfərdən sonra
dərhal Qarabağda bərpa-quruculuq işləri
start götürdü.
İşğaldan azad
edilən ərazilərimizdə
sürətlə həyata
keçirilən genişmiqyaslı
bərpa-quruculuq işləri,
təməli qoyulan şəhərlər, kəndlər,
ictimai binalar, obyektlər Qarabağın
və Şərqi Zəngəzurun tezliklə
çiçəklənən yurda çevrilməsi üçün zəmin yaratdı. Prezident İlham Əliyev öz əlləri ilə ötən üç ildə neçə-neçə kəndin,
qəsəbənin, mühüm
əhəmiyyətli infrastruktur
obyektlərinin təməlini
qoydu, xeyli obyektin açılış
lentini kəsdi. Bu gün Qarabağda
və Şərqi Zəngəzurda demək olar ki, həyat
qaynayır.
Azad olunan ərazilərin bərpası,
insanların yavaş-yavaş
yuvalarına dönməsi
Böyük qayıdış
adlanır. Bu konsepsiyaya dağılmış
şəhərlərin və
binaların yenidən
qurulması, "ağıllı
kənd"lərin, eləcə
də hava limanlarının tikintisi daxildir ki, bu
da Azərbaycanın əsas prioritetlərindəndir.
Qarabağ və Şərqi Zəngəzurda
yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən
yolların və digər kommunikasiya sistemlərinin yaradılması
istiqamətində aparılan
sürətli işlər
onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı
yaşamış vətəndaşlarımızın
öz doğma yurd-yuvalarına qovuşmaları
qarşıdakı illərdə
də davam etdiriləcək.
Ağdam, Cəbrayıl
və Füzuli şəhərlərinin baş
planı hazırlanaraq
təsdiq olunub. Digər şəhər və qəsəbələrin
də baş planları hazırlanır.
Plan üzərində çalışanlar
şəhərlərdə müvafiq olaraq hotel, hava limanı,
vağzal olmasını
önə çəkirlər.
Şəhər mərkəzlərində
bank, iş yerləri, ticarət mərkəzləri, istirahət
zonalarının fəaliyyətini
qeyd edirlər. Baş planda işlənən həssas
nöqtələrdən biri
də həmin ərazilərdə müharibənin,
tariximizin izlərini özündə əks etdirən binaların, muzeylərin yaradılmasıdır.
Azərbaycanın memarlıq
ənənələrini Qarabağda
yaşatmaq adıçəkilən
baş planlarda qırmızı xətlə
keçir.
Qarabağda və
Şərqi Zəngəzurda
bərpa və yenidənqurma işlərinin
aparılması, lazımi
infrastrukturun yaradılması,
evlərinə qayıtmaq
istəyən insanların
yaxşı yaşaması
üçün hər
cür şəraitin
təmin edilməsi dövlətin əsas vəzifələrindəndir. Ona
görə də Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi
siyasət nəticəsində
işğaldan azad olunmuş ərazilərimizin
yeni görkəmdə
olması üçün
Böyük qayıdışın
bir parçası olan "ağıllı kənd" layihələri
tətbiq olunmağa başladı. Bu konsepsiya haqqında dövlət başçısının
söylədiyi fikirlər,
irəli sürdüyü
təşəbbüslər tezliklə öz təsdiqini tapdı. Qısa zaman kəsiyində ilk olaraq Zəngilanın Ağalı kəndi "ağıllı kənd"
olaraq müasir yaşayış məskəninə
çevrildi. Bu layihənin tətbiqi onu deməyə əsas verir ki, Ağalıda əhalinin rahatlığının
və rifahının
yüksək səviyyədə
təmin edilməsi üçün informasiya-kommunikasiya
texnologiyalarından maksimum
istifadə edilir, tele-səhiyyə, e-təhsil
və digər elektron xidmətlər üzrə innovasiyalar problemin həllini tezləşdirir.
Əslində, "ağıllı
kənd" layihəsinin
tətbiqində əsas
məqsəd urbanizasiyanın
qarşısını almaqdır.
Kənd yerlərində
yaşayan insanların
həyat səviyyəsi
yüksəldikcə onların
şəhərə köçmək
istəkləri sıfırlanır.
Avropanın bir çox ölkəsində
yaşayan gənclərin
kəndləri tərk
edib böyük şəhərlərə köç
etməsi urbanizasiya prosesini sürətləndirir
ki, bu da
öz növbəsində
ciddi iqtisadi, siyasi və ekoloji böhrana səbəb olur. Çıxış yolu
"ağıllı kənd"dir,
əlbəttə.
Bəs bir yaşayış məskəninin
"ağıllı kənd"
olması üçün
nələr lazımdır?
Bəri başdan deyək ki, müasir texnologiyaların
olmadığı yerdə
"ağıllı kənd"
layihəsinin icrası
mümkün deyil. Burada bütün sahələri əhatə
edən elektron və rəqəmsal texnologiyalar tətbiq edilməlidir. Dövlət
strukturlarının, özəl
müəssisələrin və
fərdi evlərin zəruri cihazlarla təminatı vacibdir. Rabitə əlaqələrinin
qurulmasında həm simli, həm də simsiz texnologiyaların istifadəsi
şərtdir. "Süni
zəka" və robot texnikasından, eləcə də alternativ enerjidən istifadə olunmalıdır.
Şəhərlərdəki sosial və mədəni obyektlər kəndlərdə də qurulmalıdır. Ən əsası və ən vacibi "ağıllı kənd"in
mərkəzində "ağıllı
fermer təsərrüfatı"
dayanmalıdır. "Ağıllı
kənd"lərdə ənənəvi
suvarma üsullarını
müasir suvarma sistemləri əvəz etməlidir. Dron texnologiyasının həm
suvarma, həm də əkin işlərində geniş
tətbiqi məhsul bolluğuna zəmanət verir. Heyvandarlıq sahəsində məsafədən
idarəetmə genişləndirilməlidir.
Heyvanların üzərinə
yerləşdirilən cihazlarla
onlara nəzarət imkanları artırılmalıdır.
Məhsulun əkilməsində,
biçilməsində və
daşınmasında insan
əməyi minimum səviyyəyə endirilərək,
yerini müasir texnologiyalar tutmalıdır.
Bütün bu
parametrlər 2021-ci ilin
aprelində Prezident İlham Əliyevin təməlini qoyduğu Zəngilanın 1-ci, 2-ci və
3-cü Ağalı kəndlərini
əhatə edən birinci "ağıllı
kənd" layihəsində
əksini tapıb. Burada tam izolyasiya
olunmuş və innovativ tikinti materiallarından istifadə
olunmaqla 200 fərdi ev tikilib istifadəyə
verilib. Evdaxili mühəndis kommunikasiya,
isitmə sistemləri
də "ağıllı
texnologiya"lar əsasında
qurulub. Kənddə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri
inşa olunub. Bütün yaşayış
evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı
məhsullarının emalı
və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. Kəndin təməlini qoyarkən Prezident İlham Əliyev Ağalının
gələcəyi ilə
bağlı fikirlərini
belə söyləyib:
"Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir,
pilot layihədir və əminəm ki, maksimum gələn
ilin əvvəlində
bütün işlər
hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar qurulmalıdır,
ondan sonra iş yerləri yaradılmalıdır, əkin
yerləri olmalıdır
və burada yaşayacaq insanların hər biri işlə
təmin edilməlidir".
Dövlət başçısının
söylədikləri az
müddətdə yerinə
yetirildi. İlham Əliyev ötən il Ağalıda 200 evin açılışını
etdi. Və bundan sonra kənddə
həyat qaynamağa başladı. Bu gün Ağalı kəndində küçələrin
"ağıllı" işıqlandırılması,
isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin
quraşdırılması kimi müasir şəhərsalma standartları
tətbiq olunub. Eləcə də kəndin daimi enerji ilə təmin edilməsi üçün Həkəri
çayı üzərində
su-elektrik stansiyası
inşa edilib. Kənddə dövlət
xidmətlərinə əlçatanlığı
asanlaşdırmaq məqsədilə
ASAN, DOST xidmətləri, Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzi mövcuddur.
İkinci "ağıllı
kənd" Füzulinin
Dövlətyarlı kəndidir.
Bu gün bir-birinə yaxın olan 5 kəndin birgəyaşayışının təmin olunması məqsədilə kənddə
işlər tam sürətlə davam etdirilir. Dövlətyarlı
böyük kənd olduğu üçün
ilkin olaraq burada 450 evin tikintisinə başlanılıb.
Köndələnçay su
anbarının yaxınlıqda
yerləşməsi imkan
verir ki, burada balıqçılıq
inkişaf etdirilsin. Ağalıda daha çox hidroenergetika stansiyasında suyun enerjisindən istifadə olunacaqsa, Dövlətyarlıda
50 hektarlıq sahədə
qurulacaq günəş
panellərinin hesabına
kəndin enerji ehtiyacları tam təmin ediləcək.
"Ağıllı kənd" layihəsi çərçivəsində növbəti yaşayış
məntəqəsi Ağdam
rayonunun Baş Qərvənd kəndi olacaq. Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi
Emin Hüseynovun dediyinə görə, layihə çərçivəsində
ərazisi 470 hektar olacaq Baş Qərvəndə birinci mərhələdə 917, növbəti
dəfə isə 600
ailənin köçürüləcəyi
nəzərdə tutulub.
Prezidentin işğaldan
azad edilmiş ərazilərimizin yenidən
qurulmas ilə bağlı bu fikirləri Qarabağın
və Şərqi Zəngəzurun, bütövlükdə
Azərbaycanın daha
xoş günlərinin
heç də uzaqda olmayacağını
təsdiq edir: "Müharibə də, Dağlıq Qarabağ münaqişəsi də
artıq tarixdə qaldı, biz gələcəyə baxmalıyıq.
Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq.
Əminəm ki, bütün planlarımız,
bu günə qədər bəyan edilən bütün hədəflər necə
təmin edilmişdirsə,
növbəti dövr
üçün nəzərdə
tutulmuş hədəflər
də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi
gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik
və Azərbaycan xalqının təhlükəsiz
həyatını təmin
edəcəyik. Əlbəttə
ki, 30 il ərzində əziyyət
içində, o cümlədən
mənəvi əzab içində yaşamış
köçkünləri maksimum
qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq".
Züleyxa Əliyeva
Azərbaycan.-2023.-
21 oktyabr, №230- S.11.