“Neokolonializm: İnsan Hüquqlarının Pozulması
və Ədalətsizlik”
adlı beynəlxalq konfransın iştirakçıları
ADU-da tələbələrlə
görüşüb
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransın iştirakçıları oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüblər.
AZƏRTAC xəbər
verir ki, görüşdə çıxış
edən ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının
müdiri, filologiya elmləri doktoru, professor Gülnarə Sadıxova Azərbaycanın
multikultural ölkə
olduğunu, hər bir dilin inkişaf
etdiyini və heç kəsə qarşı ayrı-seçkiliyin
edilmədiyini diqqətə
çatdırıb. O, dünyada
neokolonializmə meyilliliyin
çox təhlükəli
amil olduğunu bildirib.
Fransız
dilinin leksikologiyası
və üslubiyyatı
kafedrasının baş
müəllimi Anar Hacıyev və Fransız dilinin fonetikası və qrammatikası kafedrasının
müdiri, filologiya üzrə fəlsəfə
doktoru, professor Ülfət İbrahim çıxışlarında guya
demokratiyanı, insan haqlarını təbliğ
edən Fransa kimi ölkələrin tarix boyu dünyanın
bir sıra bölgələrində, xüsusilə
Afrikada uzun illər apardığı
müstəmləkəçilik siyasətindən bəhs ediblər. Natiqlər Fransa və onun kimi ölkələrin
Cənubi Qafqazda yaranan geosiyasi vəziyyətlə bağlı
reallıqları qəbul
etməkdə çətinlik
çəkdiklərini, birtərəfli
mövqe tutduqlarını
vurğulayıblar. Bildirilib
ki, Azərbaycan dünyada gedən proseslərlə bağlı
daha çox sülhpərvər mövqe
nümayiş etdirməkdədir
və ölkəmizdə
multikultural dəyərlər
hər zaman üstün tutulur.
Tədbirdə Yeni Kaledoniya nümayəndə heyətinin üzvü, Kaledoniya Birliyi partiyasının baş katibinin müavini David Vanabo, Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Luk Fransis Karol, Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə hərəkatın siyasi bürosunun üzvü Hektor Pindard, Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya naminə Hərəkatının üzvü Moris Pindard, Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep, Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Fransanın öz müstəmləkələrindəki təbii resursları mənimsəməsindən, həmçinin ölkələrdə gələcək nəsillərin daha sağlam mühitdə, xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün aparılan mübarizədən bəhs olunub. Konfrans iştirakçıları bu mübarizədə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürlərini bildiriblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan.-2023.- 22 oktyabr,
№ 231.- S.4.