Azərbaycan regional sülh gündəliyini müəyyənləşdirir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 20-də
ABŞ Dövlət Departamentinin
Avropa və Avrasiya məsələləri
üzrə Bürosunda
dövlət katibi köməkçisinin müavini
Coşua Hakı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə
regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması
prosesi ətrafında
fikir mübadiləsi aparıldı.
Prezident İlham
Əliyev Azərbaycanın
regional sülh gündəliyi, Ermənistan
ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların
davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə
etdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2023.- 21 oktyabr, № 230.- S.1.