Fransanın
müstəmləkəçi və irqçi üzü ifşa olunur
Oktyabrın 20-də Bakıda "Neokolonializm:
İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik" mövzusunda
beynəlxalq konfrans keçirilib. Konfransda neokolonializm siyasətini davamlı olaraq həyata keçirən Fransa başda olmaqla, bu kimi
ölkələr tənqid
edilib. Zaman-zaman işğalçılıq və
təcavüz siyasəti
yürüdənlər xalqlar
arasında barışın
əldə olunmasına,
sülh və əmin-amanlıq mühitinin
yaranmasına mane olduqlarına görə ittiham edilib.
Milli Məclisin
deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında bildirib
ki, Bakıda keçirilən "Neokolonializm:
İnsan Hüquqlarının
Pozulması və Ədalətsizlik" mövzusunda
beynəlxalq konfransda ən çox haqqında tənqid səslənən ölkənin
Fransa olması heç də təsadüfi deyil. Bu, təkcə ona görə baş vermir ki, həmin Fransa Azərbaycana
qarşı düşmənçilik
siyasəti yeridənlərin
önündə gedir.
Məsələ burasındadır
ki, neokolonializmin ən mənfur formalarını reallaşdıran,
milli azlıqların hüquqlarını kobudcasına
tapdalayan, irqçiliklə
islamofobiyanın ən
çox tüğyan
etdiyi ölkələrin
başında da elə Fransa gəlir.
"Avropa Şurasının
Milli Azlıqların Müdafiəsi üzrə
Çərçivə Konvensiyasına
qoşulmamaqla da
Fransa milli azlıqların haqqını
tanımaq istəmədiyini
və tanımayacağını
açıq şəkildə
ortaya qoyur. Biz o ölkənin aborigen xalq olan
korsikalılara yanaşmasında
da bunu açıq görürük.
Ona görə də Fransa parlamentinin millətçi
üzvlərindən biri
olan Qrequar de Furnas ötən
ilin noyabrında konqolez kökənli digər deputatın -Kalos Martens Bilonqonun
üstünə qışqırıb
"öz Afrikana qayıt" deyəndə,
bu, heç kimi təəccübləndirmədi",
- deyə deputat qeyd edib.
Sahib Alıyev deyib ki, Fransada
məscidlərin yandırılmasına
və oralara basqın edilməsinə,
müsəlmanların addımbaşı
aşağılanmasına "normal" baxılır:
"Bir ölkənin
ki, 2021-ci ilin sonunda qəbul etdiyi "Respublika prinsiplərinin
möhkəmləndirilməsi haqqında" qanunda islam az qala separatizm
kimi qiymətləndirilir, ölkənin başında duran Makron Fransadakı müsəlman icmalarına
"etnik aparteid" damğası vurur, Məhəmməd Peyğəmbərin
təhqir edildiyi karrikaturalar çəkdirilir
və bu, söz azadlığı kimi təqdim olunur, daha onlardan
başqa nə gözləmək olar?! Maraqlıdır, əgər
peyğəmbərimizin təhqiri
söz azadlığıdırsa,
niyə onda onu təhqir edən jurnal həmin Makronun Hitler qiyafəsində karikaturasını çəkəndə
məhkəməyə verildi?!"
Deputatın
sözlərinə görə,
keçmişi qaranlıq
olan bu ölkənin
insan haqları baxımından heç
bu günü də ürəkaçan
deyil. Ötən əsrin ortalarında Fransa topun, güllənin qabağına qoyaraq 1,5 milyon əlcəzairlini qətlə yetirmişdisə,
indi də ənənəvi siyasətini
müəyyən qədər
başqa formada davam etdirir. Bu ölkə həmin ənənəsini
Azərbaycan Prezidentinin
"Neokolonializm: İnsan
Hüquqlarının Pozulması
və Ədalətsizlik"
mövzusunda beynəlxalq
konfransın iştirakçılarına
mürəciətində də
qeyd olunduğu kimi, Fransız Polineziyasında 200-ə yaxın,
Afrikada 17 nüvə sınağı həyata
keçirməklə, Martinika
və Qvadelupada gizli
və qanunsuz məskunlaşma aparmaqla, xlordekon pestisidindən istifadə edib təbii ekosistemləri və əhalini zəhərləməklə
reallaşdırır.
"Fransanın guya
hayların hüquqlarını
qorumaq adı altında bizim regiona soxulmaq istəyi də məhz neokolonializm siyasətindən qaynaqlanır.
Lakin unudurlar ki, Yelisey sarayındakıların
bu istəkləri elə arzu olaraq
da qalacaq. Fransa qoşunlarının
bu yaxınlarda Mali, Niger və
Burkina-Fasodan qovulması
faktları da onu göstərir ki, Parisin iddiası
ilə imkanları arasında böyük uçurum var. Bu fakt insanlar
üçün olduğu
kimi, dövlətlər
üçün də
yaxşı nəticə
vermir. Fransanı da məhz belə
bir tale gözləyir", - deyə
Sahib Alıyev əlavə edib.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-22
oktyabr, ¹231.-S.5.