Xankəndi
də sakinlərini gözləyir
İşğaldan
azad olunmuş bütün ərazilərə
əzəli sahibləri
qayıdacaq
Azərbaycan sentyabrda
keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində
Qarabağda separatizmə
son qoydu. Erməni qanunsuz hərbi dəstələri
ağ bayraq qaldıraraq təslim oldular, silah-sursatlarını
verərək ərazilərimizi
tərk etməyə başladılar. Beləliklə,
bütün ərazilərimizdə
suverenliyimiz tam bərpa olundu.
Hazırda Azərbaycanın
əsas milli prioritetlərindən biri keçmiş məcburi köçkünlərin işğaldan
azad olunmuş ərazilərə qayıdışıdır.
Böyük Qayıdışa
dair I Dövlət Proqramı çərçivəsində
2026-cı ilə qədər
Qarabağ və Şərqi Zəngəzura
140 min nəfərin köçürülməsi planlaşdırılır.
Xankəndi də separatçılardan təmizləndiyinə
görə keçmiş
məcburi köçkünlərin
bu şəhərə
qayıdışı üçün
hazırlıq işlərinə
başlanılıb.
İşğaldan azad
edilmiş digər ərazilər kimi, Xocalıya və Xankəndiyə də Böyük qayıdışın
təşkili ilə bağlı dövlət başçısının tapşırıqları
yerinə yetirilir və sakinlərin rəyləri dinlənilir.
Bununla bağlı
"Azərbaycan" qəzetinə
açıqlama verən
Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, işğaldan
azad olunmuş bütün şəhər,
qəsəbə və
kəndlərimizə geri
dönüş dövlətin
müəyyən etdiyi
Böyük Qayıdışa
dair I Dövlət Proqramı çərçivəsində
həyata keçirilir
və keçiriləcək.
Deputat bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərin
sürətlə bərpası
və dirçəldilməsi
prosesi gedir: "Böyük Qayıdışa
dair I Dövlət Proqramı vətəndaşlarımızın
əzəli torpaqlarına
geri qayıtması üçün bütün
detalları əhatə
edib. Təbii ki, vətəndaşlarımızın
işğaldan azad olunmuş ərazilərə
geri dönüşü
layiqli şəkildə
olacaq. Ona görə də bütün dövlət qurumlarının xidmətləri
- hüquq-mühafizə, təhlükəsizlik,
sosial, təhsil, tibb sahələri - hamısı həmin ərazilərdə sakinlərin
firavan həyat sürməsinə yönələcək.
Mən də keçmiş məcburi köçkün, Xankəndi
şəhər sakini
kimi Böyük qayıdış çərçivəsində
öz evimizə, yurdumuza dönəcəyimiz
günü səbirsizliklə
gözləyirəm".
T.Gəncəliyev deyib
ki, Xankəndiyə dönüş də dövlətin müəyyənləşdirdiyi
proqram çərçivəsində
həyata keçiriləcək.
Separatizmin kökü
kəsildikdən sonra
artıq Qarabağda əmin-amanlıq, təhlükəsizlik
təmin edilib. "İşğaldan azad olunmuş ərazilərdə
böyük infrastruktur
layihələri həyata
keçirilir, bütün
şəhər və
kəndlərimiz yenidən
qurulur, bərpa edilir. Yollar, körpülər salınır,
quruculuq işləri mərhələli şəkildə
davam edir. İnsanların geri dönüb xoşbəxt
yaşaması üçün
artıq heç bir maneə, əngəl yoxdur. Tezliklə hamımız öz ev-eşiyimizə dönəcəyik. Bu proses başlayıb, hesab
edirəm ki, bundan sonra da sürətlə
davam edəcək",
- deyə o əlavə
edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-22
oktyabr, №231.-S.5.