Avroparlament də
daxil olmaqla, Avropa İttifaqının
bir sıra təsisatları erməni
separatizminə dəstək
verirlər. Onlar bununla erməni lobbisinin əlində alətə çevrildiklərini
sübut edirlər. Qərb dairələrinin Azərbaycanı "etnik
təmizləmə"də günahlandırmaları tamamilə
əsassız və gülüncdür. Görünən
odur ki, ölkəmizin öz ərazi bütövlüyünü
tam bərpa etməsi Avropa təşkilatlarını ciddi
narahat edir.
Milli Məclisin
deputatı Ceyhun Məmmədov qəzetimizə
açıqlamasında bildirib
ki, Avropa Parlamentinin ölkəmiz əleyhinə qərəzli
bəyanat verməsi ilk dəfə deyil, artıq neçənci dəfədir
ki, bu təşkilat
ölkəmizlə bağlı
əsası olmayan ittihamlar səsləndirir.
Bu, Avroparlamentin nə qədər qərəzli və erməni təəssübünü
çəkən bir qurum olduğunu sübut edir. Sözügedən təşkilatda
azərbaycanofob siyasət
artıq ənənə
halını alıb.
Bu gün əsl qınanılası
dövlət Ermənistandır.
Bu ölkə uzun illər boyu Azərbaycan torpaqlarını işğalda
saxlayıb, 1 milyona yaxın soydaşımızın
evindən-eşiyindən didərgin
düşməsinə səbəb
olub, ərazilərimizi
darmadağın edib. İndi isə manipulyasiya alətlərindən
istifadə edərək
ölkəmiz haqqında
yanlış imic formalaşdırmağa çalışır".
Bəzi Avropa ölkələri və qurumları "Ermənistanın
bizim başımıza
açdığı oyunları
görməzdən gələrək,
Azərbaycanın öz
ərazi bütövlüyü
və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə
dayanaraq təmin etməsini "etnik təmizləmə" kimi
qələmə verirlər.
Bu, açıq-aşkar
qərəzdir. Bütün
dünyaya məlumdur ki, Azərbaycan heç bir işğal siyasəti yürütməyib, ermənilərə
də Qarabağdan çıxmaq üçün
çağırış etməyib. Bu, Ermənistanın özünün
apardığı siyasət
və təbliğatdır.
Orada yaşayan erməni sakinlər də bildirirlər ki, onlar ərazini
könüllü olaraq
tərk ediblər. Belə olan halda buna "etnik təmizləmə"
donu geyindirmək növbəti ədalətsizliyin
açıq-aydın göstəricisidir",
- deyə deputat qeyd edib.
Ceyhun Məmmədov
vurğulayıb ki, əsassız ittihamlar Azərbaycanı haqq yolundan çəkindirə
bilməz: "Azərbaycan
müxtəlif platformalarda
öz mövqeyini dəfələrlə dünya
ictimaiyyətinə, beynəlxalq
təşkilatlara çatdırıb.
Lakin erməni diasporu əlində oyuncağa çevrilən
təşkilatlar yenə
də özlərinə
gələ bilmirlər.
Davamlı olaraq ölkəmizi hədəf
alır, erməni təcavüzünü hər
zaman dəstəklədiklərini
bir daha təsdiq edirlər".
Deputat əlavə
edib ki, həmişə olduğu
kimi, yenə də Qərb dairələri regionda Azərbaycanla Ermənistan
arasında mövcud olan vəziyyətə, xüsusilə sentyabrın
20-də həyata keçirilmiş
23 saatlıq antiterror tədbirlərinin nəticəsinə
ədalətlə yanaşmırlar.
Bu qərəz Avropa Parlamentinin mövqeyində açıq-aydın
görünür. Paşinyana
xüsusi münasibət
göstərməklə Avroparlament,
əslində, öz ikiüzlülüyünü ifşa
etdi. Unudurlar ki, korrupsiya yuvası kimi məşhurlaşan bu qurumun riyakar mövqeyi yalnız özünə və havadarı olduğu Ermənistana ziyan vura bilər. Azərbaycan bu kimi qətnamələri kağız parçası
hesab edir, haqlı mövqeyindən bir an belə
geri çəkilməyəcək".
N.QAFARZADƏ,
Azərbaycan.-2023.-22
oktyabr, №231.-S.5.