Orqanik
Qarabağ, Orqanik Zəngəzur və Orqanik Naxçıvan
Bu markalarla
buraxılacaq məhsulların
perspektivi böyükdür
Torpaqlarımız işğaldan
azad edildikdən sonra dövlətimizin qarşıya
qoyduğu əsas vəzifə burada təhlükəsizlik tədbirlərinin
görülməsi, ərazilərin
minalardan təmizlənməsi
oldu. Bununla yanaşı, yenidənqurma
və bərpa işlərinin sistemli təşkili, keçmiş məcburi köçkünlərin öz
yurd-yuvalarına
Böyük qayıdışı
da prioritet elan edildi. El-obalarına dönən
soydaşlarımızın məşğulluğunun yüksək səviyyədə
həll
edilməsi də
ən vacib məsələlər sırasında
yer aldı.
Bütün
bu kompleks tədbirlərin həyata
keçirilməsi üçün ilkin araşdırmalar aparılmağa
başlandı. Şəhər
və rayonların baş planları üzərində işlərə
start verildi. Bu mühüm işə həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış
şirkətlər cəlb
edildi. Nəticədə bölgənin
yeni dövrün tələblərinə uyğun
olaraq iqtisadi potensialı və perspektivləri müəyyənləşdirildi.
Qısa müddətdə
rayon və şəhərlərin baş
planları hökumətə
təqdim edildi. Keçən il noyabrın 16-da
Prezident
İlham Əliyevin sərəncamı
ilə "Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"
təsdiq edildi. Bu proqramla hökumətin
qarşısında duran
vəzifələr müəyyənləşdirildi
və 2026-cı ilədək
olan dövrdə icra olunası tədbirlər təsdiqləndi.
Həm yerli, həm də beynəlxalq konsaltinq şirkətlərinin araşdırmalarına
əsasən, Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində
müasir dövr üçün aktual olan bir neçə
perspektiv sahə müəyyən edilmişdir.
Bu perspektivlər müəyyənləşdirilərkən bölgənin yeraltı və yerüstü təbii resursları, coğrafi mövqeyi, torpaq və su ehtiyatları, iqlim şəraiti və xüsusilə də müasir dövrün trendləri nəzərə alınmışdır.
Yekun olaraq müəyyən edilmişdir
ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, alternativ
enerji, turizm, logistika və yeraltı resurslardan səmərəli istifadə
edilərək ciddi iqtisadi inkişaf tempi təmin etmək mümkündür.
Bunun üçün
sadəcə bölgənin
təbii və coğrafi imkanları deyil, eyni zamanda
insan resurslarının
müasir dövrün
tələblərinə cavab
verməsi üçün
müvafiq tədbirlər
görülməli, keçmiş
məcburi köçkünlərin
bilik və bacarıqları yuxarıda
qeyd edilmiş istiqamətlər üzrə
tələblərə cavab
verməlidir. Böyük
Qayıdışa dair
I Dövlət Proqramında
da məhz bütün bu istiqamətlər üzrə
ilkin tədbirlər nəzərdə tutulmuşdur.
Qeyd edilənlərlə
yanaşı, onu da xatırladaq ki,
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları tarixən aqrar bölgə kimi xarakterizə edilmişdir.
Bölgənin zəngin
torpaq və su resursları var. Bu ərazidəki bir neçə iri su anbarı nəinki bölgənin, hətta ətraf rayonların da ehtiyaclarını ödəyə bilər. Bundan başqa, bölgənin relyefi imkan verir ki,
kənd təsərrüfatının
bir neçə sahəsi (heyvandarlıq, arıçılıq, meyvəçilik,
kartofçuluq, tərəvəzçilik,
tingçilik, toxumçuluq,
orqanik kənd təsərrüfatı) ilə
bağlı layihələr
icra olunsun. Artıq Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl,
Füzuli rayonlarında
aqrar layihələrin
icra edilməsinə başlanmış və
bir sıra iri təsərrüfatlar yaradılmışdır. Hətta
bu il bazarlarda
alıcılara Zəngilanda
yetişdirilmiş ərik,
Qubadlı və Laçında istehsal edilmiş bal təqdim olunmuşdur.
Bu bölgənin təbiəti
imkan verir ki, müasir dövrün trendlərindən
olan orqanik məhsul istehsalı ilə bağlı müxtəlif həcmli
layihələr icra edilsin. Artıq bu
bölgələrin adı
ilə "Orqanik Qarabağ" və "Orqanik Zəngəzur" kimi markaların yaradılması təklif
edilmişdir. Həmin markalar altında bölgədə
istehsal ediləcək
və müvafiq sertifikatlar alacaq bir çox məhsul bazarlara çıxarıla bilər.
Belə ki, arıçılıq məhsullarının,
ət və ət məhsullarının,
süd və süd məhsullarının,
meyvələrin, tərəvəzlərin
istehsalı üçün
çox böyük perspektivlər var və bundan maksimal istifadə edilməlidir.
Xəritəyə nəzər
salsaq, görərik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Cənubi Qafqazın tam mərkəzində yerləşir, regionun əsas bazarlarına və tranzit ölkələrinə demək
olar ki, bərabər məsafədədir.
Naxçıvan Muxtar
Respublikasını da
"böyük səhnə"nin
bir hissəsi kimi nəzərə alsaq, bölgənin üç dövlətlə
həmsərhəd olduğunu
müşahidə edə
bilərik. Ən əsası isə bütün dünyanın
diqqət mərkəzində
olan Zəngəzur dəhlizi bu bölgədədir. Bütün
bunlardan başqa bu iki iqtisadi
rayonumuzda dörd hava limanı var - Füzuli, Zəngilan, Xankəndi və tikilməkdə olan Laçın hava limanları. Hazırda yekunlaşmaqda olan Zəngəzur dəhlizi ilə uzanan dəmir yolu xətləri, Qarabağ və Şərqi Zəngəzurun
digər iqtisadi rayonlarımızla birləşdirilməsini
nəzərdə tutan polad magistrallar bölgənin logistik imkanlarını zənginləşdirir
və dünya bazarlarına çıxış
imkanlarını asanlaşdırır.
Naxçıvan Muxtar
Respublikasının da
imkanlarını qeyd etmək vacibdir. Çünki Naxçıvanın
böyük iqtisadi perspektivləri var. Təəssüf
ki, indiyədək bu
imkanlardan məqsədyönlü
istifadə olunmamış
və bölgənin resurslarının dünya
bazarlarına çıxışı
tam təmin edilməmişdir. Vurğulayaq
ki, Naxçıvanda
alternativ enerji sahəsinin, orqanik kənd təsərrüfatının
inkişafı üçün
böyük imkanlar mövcuddur. Eyni zamanda yeraltı təbii resurslardan düzgün istifadə bölgənin iqtisadi inkişafının əsasını
təşkil edəcək.
Əlavə olaraq bölgənin logistik xətlərin kəsişmə
nöqtəsində, xüsusilə
Zəngəzur dəhlizi
kimi beynəlxalq nəqliyyat xəttinin üzərində yerləşməsi
geniş perspektivlər
vəd edir. Müasir dövrün trendlərindən olan orqanik məhsul istehsalı isə Naxçıvanın əsas
gəlir mənbəyi
kimi xarakterizə edilə bilər. Artıq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyi orqanik məhsul istehsalına daha çox diqqət ayırmağa başlamış və
"Orqanik Naxçıvan"
brendi təsis etmişdir. Bu, çox mütərəqqi
bir addımdır və bunun inkişaf
perspektivi çox yüksəkdir. "Orqanik
Qarabağ", "Orqanik
Zəngəzur" və
"Orqanik Naxçıvan"
brendləri yeni mərhələdə yeni
imkanlar üçün
açar mahiyyəti təşkil edəcək.
Emin ƏLİYEV,
"Ekoloji Təmiz
Məhsul İstehsalçıları
və İxracatçıları"
İctimai Birliyi İdarə Heyətinin sədri
Azərbaycan.-2023.-22
oktyabr, ¹231.-S.9.