Möhkəm dostluğun tərəfdaşlığın yaxşı nümunəsi

 

Macarıstanın Baş naziri Zati-aliləri cənab Viktor Orbana

 

 

Hörmətli cənab Baş nazir,

 

Macarıstanın milli bayramı münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir.

Ölkələrimizin beynəlxalq regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini dəstəyini, aktual qlobal regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm çoxtərəfli müstəvidə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq rifah arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2023-cü il

Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.1.