Fransa
mənfur təcrübəsini
Cənubi Qafqazda tətbiq etməyə çalışır
Parisin müstəmləkə siyasəti
beynəlxalq hüquq qarşısında əsas
problemlərdən biridir
"Müasir dövrdə
Orta əsrin müstəmləkə təfəkkürünün
mövcudluğu və
bəşəri dəyərlərin,
sülh və təhlükəsizliyin prioritetliyi
şəraitində hələ
də müstəmləkə
siyasətinin davam etdirilməsi XXI əsr sivilizasiyası üçün
utanc deməkdir. Ələlxüsus özünü
dünyada insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi
qələmə verən
Fransanın bu prosesdə xüsusi amansızlıqla davranması,
müstəmləkəçiliyi yeni mərhələyə
daşıması müasir
beynəlxalq hüquq qarşısında əsas
problemlərdən biridir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Bəhruz Məhərrəmov
deyib. O bildirib ki, Fransanın qlobal subyekt kimi təsir gücü, BMT Təhlükəsizlik
Şurasının daimi
üzvü və nüvə dövləti olması, qlobal media infrastrukturu üzərində təsiri
kimi amillər son dövrlərə qədər Parisi planetar miqyaslı tənqidlərdən sığortalayıb.
Bu situasiya isə Fransada cinayətkarcasına özgüvənə
səbəb olub və bütün bunlar ölkənin neokolonizasiya prosesinin daha şiddətli formaya transformasiyasına gətirib çıxarıb.
Deputat vurğulayıb
ki, Asiya ölkələrinə, xüsusən
islam dünyasına münasibətdə insan haqlarının müdafiəsi
və təmini ilə bağlı məsələləri təzyiq
alətinə çevirən
Fransa cəzasızlıq
mühitindən yararlanaraq
özünün müstəmləkələrində
sözün əsl mənasında hüquqsuzluq
mühiti formalaşdırıb:
"Eyni zamanda dəyişən reallıqlar
fonunda Fransa özünün təcavüzkar
niyyətlərinin dairəsini
genişləndirməkdə davam edib, xüsusən
Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək
üçün hüquqa
zidd fəaliyyətlər
seriyasına start verib. Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun "Qoşulmama
Hərəkatı: meydana
çıxan çağırışlarla
mübarizədə birgə
və qətiyyətli"
mövzusunda Bakıda
nazirlər görüşündə
cənab İlham Əliyevin də bəyan etdiyi kimi, təəssüf ki, Fransa Azərbaycanın
Qarabağ bölgəsində
erməni separatizmini dəstəkləyərək, geosiyasi
rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni
mənfur təcrübəni
tətbiq etməyə
çalışır".
B.Məhərrəmov qeyd edib ki,
Ermənistanın prosesdə
alət kimi davranmasına baxmayaraq, Fransanın müstəmləkəçilik
ideyaları Qafqazda arzuladığı və
planlaşdırdığı istiqamətdə davam etməyib. Xüsusən Azərbaycanın Vətən
müharibəsində Ermənistanın
timsalında həm də, əslində, Fransanı məğlub etməsi Paris üçün
əsl fiasko oldu. Vətən müharibəsi dövründə
və sonrakı mərhələdə Parisin
ardıcıl, lakin məğlubiyyətlə nəticələnən
hücumlarının ardınca
Qoşulmama Hərəkatının
Sədri cənab İlham Əliyevin cavab həmləsi Fransa müstəmləkəçilik
tarixində çöküş
dövrünün başlanmasına
səbəb oldu.
2022-ci il noyabrın
1-də Əlcəzairdə Ərəb Dövlətləri
Liqasının 31-ci Zirvə
toplantısında iştirak
edən Prezident İlham Əliyevin qlobal miqyasda ilk dəfə Fransanın əsl simasını ifşa etdiyini və Əlcəzair xalqına qarşı törətdiyi,
1,5 milyon əlcəzairlinin
ölümü ilə
nəticələnmiş zorakılığın,
kütləvi qəddarlığın
unudulmaması üçün
ərəb-islam dünyasına
səsləndiyini xatırladan
deputat bildirib ki, dövlət başçısı bu faciəni unutmayaraq, gələcəkdə belə
faciələrin qarşısının
alınması üçün
əlimizdən gələni
etməli olduğumuzu
deyib. "Bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun Zirvə görüşündə cənab
İlham Əliyev prosesləri bir az da irəli
apararaq Fransanı Afrika, Cənub-Şərqi
Asiya və digər ərazilərdə
Qoşulmama Hərəkatının
üzvü olan ölkələrə qarşı
müstəmləkə keçmişinə,
qanlı müstəmləkə
cinayətlərinə, eləcə
də soyqırımı
aktlarına görə
üzr istəməyə
və məsuliyyətini
etiraf etməyə çağırdı. Bu,
Fransanın müstəmləkəçilik
siyasətinə qarşı
mübarizədə yeni
mərhələ idi və proses özünün daha dolğun istiqamətdə
nəticələrini çox
gözlətmədi. İyulun
6-da Bakıda Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Ofisinin Nazirlər Toplantısı çərçivəsində
Fransanın istismar etdiyi müstəmləkələrin
nümayəndələri ədalət
və azadlıq uğrunda apardıqları
mübarizədə həmrəylik
şəbəkələrini strukturlaşdırmaq üçün
Fransa müstəmləkəçiliyinə
qarşı Bakı Təşəbbüs Qrupunun
yaradılması barədə
razılığa gəldi
və yekun bəyannamə qəbul edildi", - deyə o əlavə edib.
Deputatın sözlərinə
görə, sonrakı
dövrdə Bakı Təşəbbüs Qrupu
Fransa müstəmləkəçiliyi
ilə mübarizədə
nüfuzlu platformaya çevrilməyə və
məhz Azərbaycan Prezidentinin dəstəyi ilə uğurlu fəaliyyət nümunəsi
ortaya qoymağa başlayıb. Bu il sentyabrın 22-də
ABŞ-nin Nyu York şəhərində yerləşən
BMT-nin mənzil-qərargahında
"Dekolonizasiya: Sakit
İnqilab" adlı
konfrans, ardınca oktyabrın əvvəllərində
BMT Baş Assambleyasının
Siyasi və dekolonizasiya məsələləri
üzrə 4-cü komitəsində
Bakı Təşəbbüs
Qrupunun məruzəsinin
dinlənilməsi Fransanın
müstəmləkə siyasətinin
dünya birliyinə çatdırılması baxımından
önəmli hadisələr
oldu.
Bakı Təşəbbüs
Qrupunun təşkilatçılığı
ilə Bakıda 14 ölkənin, eləcə
də Fransanın müstəmləkə altında
saxladığı dənizaşırı
ərazilərinin, həmçinin
Korsika təmsilçilərinin
iştirakı ilə
"Neokolonializm: İnsan
hüquqlarının pozulması
və ədalətsizlik"
adlı beynəlxalq konfransın keçirilməsi
təsisatın artıq
müstəqil qlobal subyekt kimi özünü
doğrultduğunu göstərməklə
bərabər, həm
də qlobal miqyasda şər yuvasına çevrilmiş
Fransa ilə onun başa düşdüyü dildə
danışılmağa başlandığını
göstərir.
Keçmiş müstəmləkələrində
dövlətlərin daxili
işlərinə kobud
şəkildə müdaxilələr
edən, habelə hazırkı koloniyalarında
insan hüquqlarını
pozan Fransanın ifşa edilməsi ayrı-ayrı bölgələrdə,
o cümlədən Cənubi
Qafqazda Parisin əsl simasını göstərmək üçün
çox önəmlidir.
Hadisələrin inkişafı
isə Azərbaycanın
bu prosesdə fəallığının, Fransanın
müstəmləkəçilik və yeni müstəmləkəçilik
siyasətinə qarşı
mübarizədə prinsipial
mövqeyinin nə qədər əsaslı olduğunu təsdiq edir. Bakı Təşəbbüs Qrupunun
üzvləri etiraf edirlər ki, məhz cənab İlham Əliyevin qətiyyəti sayəsində,
BMT Baş Assambleyası
tərəfindən 75/123 nömrəli
"Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü
onillik" adlı qətnamənin qəbulunun
yaratdığı imkanlardan
istifadə edərək,
nəhayət, haqlarına
qovuşmaq imkanı əldə ediblər. Bu, eyni zamanda
Qoşulmama Hərəkatı
tarixində xüsusi səhifə sayılmalıdır,
çünki Hərəkat
fəaliyyəti tarixinin
heç bir dövründə təsis
məqsədlərinə doğru
bu qədər effektiv nəticələrə
nail olmayıb.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
24 oktyabr, № 232.- S.7.