Ermənistanı
silahlandıran Fransa sülh danışıqlarında
iştirak edə bilməz
Azərbaycanın bu
il sentyabrda Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirməsi
və Prezident İlham Əliyevin Xankəndidə dövlət
bayrağımızı ucaltması
ilə regionda siyası vəziyyət dəyişdi. Azərbaycanın
bu qətiyyətli addımından sonra bəzi ölkələr,
bu dövlətlərin
planlarını həyata
keçirməkdə "vasitəçilik"
missiyasını yerinə
yetirən beynəlxalq
qurumlar asılı olduqları dövlətlərin,
xüsusilə Fransanın
Cənubi Qafqazda maraqlarını təmin etmək üçün ölkəmizə qarşı
total "hücuma"
keçiblər.
Qarabağ probleminin
müəlliflərindən biri olan, yeni
tariximizin 35 ilini əhatə edən bir müddət ərzində münaqişənin
həllində vasitəçilik
missiyası ilə məşğul olan Fransa illərdir onun həllinə maneçilik törətməklə
yanaşı, Ermənistanı
silahlandırmaqla, separatçılara
hərbi-siyasi dəstək
verməklə məşğul
olub. Əgər
2020-ci ilə kimi Fransa həyata keçirdiyi ikiüzlü
siyasəti bir qədər gizli etməyə çalışırdısa,
44 günlük müharibədən
sonra bu dövlət öz iç üzünü açıb göstərərək
ölkəmizə qarşı
çirkin kampaniyalara
rəhbərlik etdiyini
ortaya qoydu. Əgər əvvəlki illərdə fransalı hərbi mütəxəssislər
vaxtaşırı Ermənistan
ordusuna təlimlər
keçir, istehkamlar tikməyə yardım edirdilərsə, silah-sursat
təminatını gizli
həyata keçirirdilərsə,
bu gün həmin dövlət Ermənistanın "təhlükəsizliyi
naminə" bunu tam açıq surətdə edir.
Mövcud reallıqları
qəbul edə bilməyən, Cənubi Qafqazdakı çoxillik ikiüzlü siyasəti iflasa uğrayıb gülünc duruma düşən Fransa indi ölkəmizə qarşı səlib yürüşünə keçib.
Ermənistana yalnız
siyasi dəstək verməklə kifayətlənməyən
Paris təcavüzkar ölkəni
silahlandırmağa da
başlayıb. Bütün
qüvvəsi ilə sülh danışıqları
prosesinə əngəl
olan Emmanuel Makron Aİ-nin müşahidə missiyası
adı ilə Parisin jandarm qüvvələrində xidmət
etmiş hərbi qulluqçuları kəşfiyyat
xarakterli məlumatlar toplamaq məqsədi ilə Ermənistan-Azərbaycan
sərhədinə yerləşdirib.
Bu azmış kimi, Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə
israrlı olan Fransa bu istiqamətdə
fəaliyyətini davam
etdirərək təlim
adı altında ilkin olaraq 56 fransız hərbçini
İrəvana göndərib.
Məsələyə münasibət
bildirən Fransanın
Ermənistandakı səfiri
Olivye Dekotinyi fransız hərbçilərinin
Ermənistana gəlişinin
"HOPE FSX2023" təlimlərində iştirak etmək olduğunu bildirib. "Dash" tipli iki təyyarə, 8 ton avadanlıqla Ermənistana göndərilən
fransız hərbçilərinin
"mülki təhlükəsizlik"
təlimlərində iştirak
etməsi üçün
gəlməsi qeyd edilsə də, bunda məqsəd başqadır. Belə ki, bu, indiyədək
Ermənistanı gizlin
silahlandıran Parisin rəsmi Yerevanla hərbi əməkdaşlığını
genişləndirməsindən xəbər verir. Məsələ burasındadır
ki, Paris bu iyrənc əməllərinə
haqq qazandırmaq üçün Ermənistanın
"təhlükəsizliyi" amilindən istifadə etməyə çalışır...
Birincisi,
indiyə kimi özünü "böyük
Ermənistan" yaratmaq
kimi sərsəm ideyaya həsr edib region dövlətlərinə
təhlükə yaradan,
ərazi iddiası irəli sürən Ermənistan olub. İkincisi, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana sülh təklif edən dövlətdir. Bu gün də sülh danışıqlarının
əsas mövzusu sərhədlərin delimitasiya
və demarkasiya olunmasıdır. Məntiqlə,
əgər Azərbaycanın
Ermənistana ərazi
iddiası varsa, niyə sərhədlərin
delimitasiya və demarkasiya olunmasını israrla tələb edir?
Heç kimə
sirr deyil ki, Ermənistanın baş naziri tapşırıqları Fransadan
və regonda marağı olan Qərb dövlətlərinin
fikirlərinin ifadəçisi
olan Avropa Parlamentindən və
Aİ-dən alır.
Bu gün Ermənistanı silahlandıran,
hər vasitə ilə danışıqlar
prosesinə özünü
pərçim etməyə
çalışan Fransanın
Ermənistanın "hərbi
qüdrətini" artırmaq
üçün etdiyi
yardımın kökündə
bir məsələ dayanır. O da Cənubi Qafqaz siyasəti ifşa olunan Fransanın yenidən danışıqlar
prosesində iştirak
edib özünə mövqe qazanmasıdır.
Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra
bütün təşəbbüs
yalnız rəsmi Bakının əlində
cəmləşib. İndi
tərəfləri ən
çox düşündürən
sual budur: sülh protokolu kimin vasitəçiliyi ilə imzalanacaq? Təbii ki, bu həlledici məqamda danışıqlar
prosesində kimin söz sahibi ola biləcəyini məhz Azərbaycanın siyasi iradəsi müəyyən edir. Problemin yekun mərhələsi indiyə
kimi regional proseslərdə fəal iştirak edən ABŞ və Qərbi, xüsusilə də Avropa Birliyini daha fəal hərəkət etməyə
məcbur edir. Bir tərəfdən də Ermənistanın dar macalda "sıxışdırıldığı",
daha doğrusu, Qərb dövlətlərinin
diktəsi ilə Rusiyadan uzaqlaşmaq cəhdləri bu ölkəni yeni problemlə üz-üzə
qoyub.
Amma sülh danışıqları prosesində
vasitəçiliyini təklif
edən dövlətlərin
və beynəlxalq qurumların məsələyə
Azərbaycanın siyasi
iradəsi çərçivəsindən
baxmaqdan başqa çərələri yoxdur.
Bu arada region dövlətlərindən
İran da danışıqlar
prosesinə öz vasitəçiliyini təklif
edib. Sülh protokolunun kimin vasitəçiliyi ilə
və harada imzalanacağı konkret olaraq məlum olmasa da, birmənalı
olaraq deyə bilərik ki, bu prosesdə indiyə kimi Ermənistanı silahlandırıb
iki qonşu dövlət arasında düşmənçilik yaradan,
günahsız insanların
ölümünə, zülm,
zillət çəkməsinə
səbəb olan Fransa olmayacaq!
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
24 oktyabr, № 232.- S.7.