Prezident İlham Əliyev Sumqayıt şəhərində
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Sumqayıt şəhəri inkişafının
yeni dövrünü
yaşayır
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə
səfəri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 23-də
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC xəbər verir ki, Sumqayıt
Şəhər İcra
Hakimiyyətinin başçısı
Zakir Fərəcov dövlətimizin başçısına
stadionda görülən
işlər barədə
məlumat verdi.
Qeyd edək ki, Mehdi Hüseynzadə
adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 21
noyabr tarixli Sərəncamına əsasən
2020-ci ildə başlanılıb.
Tikinti işləri mərhələli şəkildə
icra edilməklə
2022-ci ildə başa
çatdırılıb.
Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik
VİP və KİV tribunası
da yaradılıb, ərazi abadlaşdırılıb,
yaşıllıq zonaları
salınıb.
Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada,
eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər
üçün otaqlar
və digər texniki-köməkçi otaqlar
var.
Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.4.