Sumqayıtda 2 saylı şəhər xəstəxanasının yeni
binasının açılışı
olub
Sumqayıt şəhəri
inkişafının yeni
dövrünü yaşayır
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 23-də
2 saylı Sumqayıt Şəhər Xəstəxanasının
yeni binasının açılışında iştirak
edib.
AZƏRTAC xəbər verir ki, səhiyyə
naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada
yaradılan şərait
barədə məlumat
verdi.
Bildirildi ki, 150
çarpayılıq xəstəxananın
bina və qurğuları 6,1 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 18 min 288,4 kvadratmetrdir.
Qeyd edildi ki, səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə
başlanılıb və
2022-ci ildə başa
çatdırılıb.
Xəstəxana poliklinika,
təcili tibbi yardım, 30 çarpayılıq
terapiya, 30 çarpayılıq
cərrahiyyə, şüa
diaqnostika, hemodializ, oftalmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya,
10 çarpayılıq əməliyyat
bloku, reanimasiya və sair şöbələrdən,
həmçinin laboratoriyadan,
digər tikili və qurğulardan ibarətdir.
Müalicə ocağı
müasir tələblərə
cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli
kompüter tomoqrafiyası
(KT), rəqəmsal teleskopik
rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün
mikroskop, oftalmoloji cərrahi əməliyyatlar
üçün PHACO AMO cihazı
və iki ədəd rəqəmsal
stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.
Xəstəxananın həyəti abadlaşdırılıb,
yaşıllıq sahələri
salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar, həyata keçirilən layihələr sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və əhatə dairəsi yüksəlib. Görülən işlər əhalinin sağlamlığının qorunmasına, onların hərtərəfli tibbi xidmətlərlə əhatə olunmasına imkan verir ki, bu da vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.
Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.4.