Baş
prokuror Türk Dövlətləri Təşkilatına
üzv dövlətlərin
Baş Prokurorları Şurasının 2-ci iclasında
iştirak edib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
Türk Dövlətləri
Təşkilatına (TDT) üzv
dövlətlərin Baş
Prokurorları Şurasının
2-ci iclasında iştirak
etmək məqsədilə
Ankara şəhərinə
işgüzar səfərə
gedib.
Tədbirdən öncə
Türkiyə Cümhuriyyətinin
banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir
ziyarət edilib, böyük Atatürkün
əziz xatirəsi ehtiramla yad edilib.
TDT-yə üzv
Dövlətlərin Baş
Prokurorları Şurasının
2-ci iclasında açılış
nitqi ilə çıxış edən
Türkiyə Ali Məhkəməsinin Baş
prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri
Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi
Kubaniçbek Ömüralıyev
və Ağsaqqal Şurasının sədri
Binəli Yıldırım
iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış
edən Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına
üzv dövlətlərdə
qanunçuluğun və
hüquq qaydasının
təmin edilməsi, insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsi,
cinayətkarlığın bütün formalarına qarşı mübarizə
sahəsində səylərin
birləşdirilməsinə və qarşılıqlı
əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə
mühüm töhfə
verəcəyini bildirib.
TDT Baş Prokurorları
Şurasının 2-ci toplantısının
Türkiyə Cümhuriyyətinin
qurulmasının 100 illiyi
ərəfəsində keçirilməsinin
xüsusi əhəmiyyəti
qeyd edilib.
Kamran Əliyev
üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. İşğal bitsə də, onun ağır
fəsadlarının hələ
də qalmaqda olduğunu bildirən Baş prokuror Azərbaycanın 9 şəhəri
və yüzlərlə
kəndinin Ermənistan
tərəfindən vəhşicəsinə
dağıdıldığını qeyd edib. İkinci
Qarabağ müharibəsi
başa çatandan sonra bu günə
qədər 300-dən çox
Azərbaycan vətəndaşının
mina terrorunun qurbanı olduğu və ya ağır
yaralandığı bildirilib.
Həmçinin, Baş
prokuror Azərbaycan Ordusu tərəfindən
1 ay öncə lokal xarakterli antiterror tədbirlərinə
başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi
bir gün ərzində yerinə yetirilərək ölkəmizin
ərazi bütövlüyünün
tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb.
Bu ilin 15 oktyabr tarixində isə Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizin
üçrəngli bayrağının
əzəli torpaqlarımız
olan Ağdərə,
Xocavənd, Xocalı,
Əsgəran və nəhayət Xankəndidə
qaldırıldığı qeyd olunub.
Ermənistan tərəfindən
Azərbaycanın Qarabağ
bölgəsində iqtisadi
və sosial infrastrukturun tamamilə dağıdıldığını, bugün həmin ərazilərdə ölkə
rəhbərliyinin diqqət
və qayğısı
ilə sürətli yenidənqurma işlərinin
uğurla aparıldığı
vurğulanıb.
Bundan başqa,
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
müqavilə və konvensiyalardan irəli gələn öhdəliklərə
əməl olunması,
o cümlədən cinayət
işləri üzrə
hüquqi yardımın
göstərilməsi, cinayət
törətmiş şəxslərin
verilməsi, cinayət
təqibinin həyata keçirilməsi ilə bağlı sorğuların
və digər sənədlərin icrasının
həyata keçirildiyi
bildirilib.
İclasın sonunda
Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıstanda keçirilməsi
qərara alınıb.
Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.
Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.5.