Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir

 

Uzun illərdir media sektorunda böyük yaddaqalan layihələrə imza atan Bakı Media Mərkəzi hazırda ölkəmiz üçün əhəmiyyətli bir filmin istehsalı üzərində çalışır. Bu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edənHimayədarfilmidir. Filmdə, həmçinin, XIX əsrin sonu XX əsrin əvvəlində Bakı bölgədə baş verən mühüm tarixi hadisələr öz əksini tapır.

AZƏRTAC xəbər verir ki, tariximizin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu ekran işinin çəkilişləri may ayında başlayıb və 120 çəkiliş gününün artıq 90-ı yekunlaşıb. Film ümumilikdə səkkiz seriyadan ibarət olacaq. Sözügedən layihənin kütləvi səhnələri üçün 1 600 nəfər cəlb edilib, bundan başqa, 70-dən çox məkanda çəkiliş aparılıb 300-dən çoxabidətikilib.

Milli dəyərlərimizin təbliğinə töhfə verəcək bu böyük layihənin rəhbəri prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir. Ekran işinin tamaşaçılar kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı innovativ media şirkətidir. Mərkəzin işləri sırasındaHədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Miras”, “Multikulturalizm İli”nə həsr olunmuşBir Günəş altında”, “BİZ”, “Şuşa, sən azadsan!” digər filmlər yer alır.

 

Azərbaycan.-2023.- 24 oktyabr, ¹ 232.- S.6.